Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gələn il Gürcüstan Müdafiə Qüvvələrinin sayı 37 min nəfər müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunan dövlət büdcəsi layihəsində qeyd edilib.
Sənədə əsasən, 2027-ci il üçün Müdafiə Qüvvələrinin ştat sayı maksimum 37 min hərbi qulluqçu həddində müəyyənləşdirilib.
Mövcud qaydalara əsasən, parlament hər il dövlət büdcəsi ilə birlikdə Müdafiə Qüvvələrinin sayını da təsdiq edir.
Məlumat üçün qeyd edək ki, 2027-ci il üçün Gürcüstan Müdafiə Nazirliyinin büdcəsi 1,97 milyard lari nəzərdə tutulub. Bu, cari illə müqayisədə 75 milyon lari çoxdur.
Parlamentə təqdim olunan sənəddə qeyd olunur ki, ümumi dövlət büdcəsi 37,5 milyard lari təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















