Icma.az
close
up
RU
Gürcüstan öz nəqliyyat şəbəkəsini fəal şəkildə inkişaf etdirir AZƏRTAC

Gürcüstan öz nəqliyyat şəbəkəsini fəal şəkildə inkişaf etdirir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 8 yanvar, AZƏRTAC

Bu il Gürcüstanın tranzit rolunun inkişafı ölkə hökuməti üçün prioritet olaraq qalır. 2025-ci ildə Orta Dəhlizin Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə sərhədlərini birləşdirən hissələrinin tikintisi faktiki olaraq başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu məlumat Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin cari il üçün tədbirlər planında əksini tapıb. Planda Batumi dolama yolunun tamamlanması, Tbilisi ilə Rustavi arasında yeni avtomobil yolunun tikintisi, Orta Dəhliz quru marşrutunun və Tbilisi ilə Kaxeti regionu arasında yüksək sürətli marşrutun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bildirilir ki, bu il Gürcüstanın Orta Avtomobil Dəhlizinin inkişafına xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Layihəyə əsasən, bu il Türkiyə ilə sərhədə aparan yenilənmiş Batumi-Sarpi yolu inşa olunacaq. Bundan əlavə, bu il Batumi dolama avtomobil yolunun hissələrinin tikintisi başa çatdırılacaq. Kobuleti kurort kəndi ətrafında dolama yolun genişləndirilməsinə başlanılması planlaşdırılır. Həmçinin 2025-ci ildə hakimiyyət Tbilisi ilə Gürcüstanın iri sənaye mərkəzi Rustavi arasında 4 zolaqlı avtomobil yolunun tikintisini başa çatdırmağı planlaşdırır ki, bu da şəhərlər arasında yarımsaatlıq yolu qısaldır. Anakliya limanına giriş yolunun, Lilo dolama yolunun, qərbdən Tbilisiyə yeni girişin və Tbilisidən qərbə yeni çıxışın tikintisinə başlanılacaq. Bundan başqa, Kaxeti istiqamətində avtomobil yolunun tikintisi davam etdiriləcək. Badiauri-Çalaubni, Qurcaani (Çumlaki)-Telavi və Laqodexi dolama yolllarının tikintisinə başlanılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri