Gürcüstan xarici vətəndaşlara bu işləri qadağan edir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan 2026-cı il martın 1-dən etibarən xarici vətəndaşlara taksi sürücüsü, kuryer və tur bələdçisi kimi işləməyi qadağan edir.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
“Dəyişikliklər Gürcüstan vətəndaşlarının əmək maraqlarının qorunmasına yönəlib. Hazırda Gürcüstanda 250 mindən çox miqrant var. Bu, vətəndaşlarımıza görə həddindən artıq rəqabətin qarşısını almaq üçün vacibdir", - Kobaxidze bildirib.
Qeyd edək ki, dəyişikliklər miqrant işçilərə və işləyən xarici vətəndaşlara aiddir. Qaçqınlara, sığınacaq axtaranlara, diplomatlara, akkreditə olunmuş jurnalistlərə, investisiya üçün yaşayış icazəsi sahiblərinə və beynəlxalq müqavilələrdən azad edilmiş şəxslərə təsir etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 23 Fevral 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















