Gürcüstanda 170 seçici səs verib Seçkilər baş tutmuş hesab edilir
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Saat 11:30-a olan məlumata əsasən, Seçicilər kollegiyasının 170 üzvü prezident seçkilərində səsvermədə iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani jurnalistlərə bildirib.
Onun sözlərinə görə, seçkilərin baş tutması üçün kollegiyanın tam tərkibinin yarıdan çoxunun səs verməsi tələb olunur.
“Seçkilər baş tutmuş hesab edilir, çünki 300 nəfərlik Seçicilər kollegiyasının tam tərkibinin yarıdan çoxu artıq səsvermədə iştirak edib”, - N.İoseliani deyib.
Qeyd edək ki, səsvermə zamanı Abxaziya Ali Şurasının üzvü Ada Marşania prezidentliyə namizədi dəstəkləmədiyini bildirib. O, boş bülleteni seçki qutusuna atıb.
Səsvermə prosesinə saat 14:00-da yekun vurulacaq.
Baxış sayı:81
Bu xəbər 14 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















