Gürcüstanda Aİ və NATO ya üzvlüklə bağlı plebisitin keçirilməsi təklif olunur
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Gürcüstanda ölkənin Avropa İttifaqı və NATO-ya üzv olması ilə bağlı plebisitin (rəy sorğusu) keçirilməsi təklif olunur.
APA-nın yerli bürosu xəbər verir ki, bu təşəbbüslə “Gürcü yığıncağı” siyasi birliyi çıxış edib.
Təşkilatın üzvləri təşəbbüsü Gürcüstanın hökumət administrasiyasına təqdim ediblər.
“Gürcü yığıncağı”nın lideri Condi Baqaturiya bildirib ki, Aİ və NATO-ya qoşulmaqla bağlı qərarı gürcü xalqı qəbul etməlidir.
“Ukraynanın NATO-ya daxil olmaq səylərinin hansı nəticələrə gətirib çıxardığını gördük. Avropa İttifaqı və NATO-nun Gürcüstanın loyallığı və son 35 ildə verdiyi qurbanlara görə “minnətdarlığını” da müşahidə etdik. Buna uyğun olaraq, Avropa İttifaqı və NATO-ya qoşulmaq istəyib-istəmədiyinə gürcü xalqı qərar verməlidir”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















