Icma.az
close
up
RU
Mədəniyyət fənninin tədrisindən sonra ədəbiyyat və tarix fənləri ləğv ediləcək?

Mədəniyyət fənninin tədrisindən sonra ədəbiyyat və tarix fənləri ləğv ediləcək?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında Sərəncamdan sonra mədəniyyət fənnin tədrisi məsələsi gündəmə gəlib.

Bu fənn ədəbiyyat, tarix və incəsənət kimi sahələri əhatə edəcək.

Maraqlıdır, bəs görəsən, mədəniyyət fənnin yaradılması ilə ədəbiyyat və tarix fənləri ləğv edilə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirilib ki, mədəniyyət fənnin tədrisi zamanı digər fənlər ləğv edilməyəcək:

"Sərəncamdan irəli gələrək mədəniyyət fənnin tədrisi nəzərdə tutulur. Ancaq bu demək deyil ki, qeyd edilən digər fənlər ləğv olunacaq. Tarixdə, ədəbiyyatda, incəsənətdə, mədəni sahələrdə uğurların hamısı sözügedən fəndə cəmlənəcək. Tarix fənnində hər hansı hadisələri, xronoloji ardıcıllıqları, həmçinin mədəniyyət abidələrini, mədəni irs və dəyərləri öyrənirdik. İndi isə bu fənlərdə mədəniyyətlə bağlı olanlar eyniadlı fənnin tabeliyində olacaq. Bu təcrübə dünyanın əksər ölkələrində var. Biz bir neçə il öncə təbiət fənninin tədrisinə başlamışıq. Burada da iki fənnin (fizika və biologiya) məlumatları öz əksini tapıb. Eyni təcrübədən çıxış edərək mədəniyyət fənnin tədrisinə başlana bilər".

Onun sözlərinə görə, mədəniyyət fənninin tədrisinin müsbət tərəfləri çox olacaq. Burada yalnız tarix, incəsənət, ədəbiyyat yox, davranış qaydaları, kommunikasiyaların qurulması və s. mövzuları əhatə olunacaq. Sözügedən fənnin tədrisini xüsusən tarix və ədəbiyyat fənn müəllimləri apara bilər. Zamanla bu istiqamətdə kadr hazırlığı da təmin edilməlidir ki, pedaqoji heyət formalaşsın. Ədəbiyyat və tarix fənlərinin ləğv edilməsini gözləmirəm. Mədəniyyət fənnin bir neçə il sonra tədrisinə başlayacağıqsa, artıq dərsliyin hazırlanmasına start verilməlidir. Bu dərslik yazıldığı zaman da digər fənn kitablarından eyni mövzular çıxarılmalıdır. Bu o deməkdir ki, həmin dərsliklər də dəyişməlidir".

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə mütəxəssis Adil Vəliyev qeyd edib ki, burada fənlərin ləğv edilməsindən yox, onların birləşdirilməsindən söhbət gedir:

"Elmi və pedaqoji baxımdan diqqət edəndə görürük ki, dünyanın bir çox ölkəsində interaktiv fənn modelləri təqdim olunur. Bu fənlərin birləşməsi şagird və tələbələrdə mədəni proseslərə baxışı formalaşdırır. Ayrı-ayrı fəndə hadisələrin əzbərlənməsinin əvəzinə, artıq hadisələr səbəb-nəticə əlaqəsi əsasında birləşdirilir. Demək olar ki, şagirdlər əlavə dərs yükündən azad olurlar. Bu milli kimliyin və mədəni hadisələrin güclənməsinə xidmət edir ki, şəxs tarixini, ədəbiyyatını, incəsənətini dərindən dərk eləsin.

Burada bir məsələ ortaya çıxır ki, o da proqramın düzgün qurulmasıdır. Bu fənlərin hər biri tamamilə fərqli ixtisaslardır. Hər bir fənni o ixtisası bitirən müəllim tədris edir. Bu mövzu üzərində diqqətlə işlənməlidir. Tədris prosesinin dərslikləri, sillabusları yenidən nəzərdən keçirilməli və fənlərarası əlaqə birləşdirilməlidir ki, tələbələr, şagirdlər mövzuya hakim ola bilsinlər.

Fənlərin birləşdirilməsində düzgün planlama, keyfiyyətli müəllim hazırlığı görülsə, dövlətimiz və gənclər üçün müsbət addım olacaq. Hər bir halda təhsildə olan inkişaf və dəyişikliklər təhsildən gözləntilərin daha əlçatanlığını və arzulanan səviyyəyə yüksəlməsini təmin edir".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında nazirliyin icraçılar siyahısında olduğu bütün tədbirlər, o cümlədən fənlərin birləşdirilməsi və digər tədbirlər ilə bağlı digər icraçı qurumlarla birgə müzakirələr aparılacaq və atılacaq addımlar müəyyənləşdiriləcək.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Yanvar 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see251

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see205

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see179

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see157

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see142

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri