Icma.az
close
up
RU
Gürcüstanda dövlət rəsmilərini və siyasi vəzifəli şəxsləri təhqir edənlər ciddi cəzalandırılacaqlar

Gürcüstanda dövlət rəsmilərini və siyasi vəzifəli şəxsləri təhqir edənlər ciddi cəzalandırılacaqlar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 4 fevral, AZƏRTAC

Gürcüstanda dövlət rəsmilərinin, siyasi vəzifəli şəxsin, eləcə də dövlət və ya ictimai qulluqçunun şifahi təhqir edilməsi və ya onlara qarşı digər təhqiredici hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ölkənin “İnzibati Xətalar Məcəlləsi”nə əlavələr və dəyişikliklər ediləcək.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası dövlət rəsmilərinin şifahi təhqirinə görə cəzaların tətbiqi məqsədilə “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər olunması ilə bağlı təkliflər hazırlayıb. Yeni qanun layihəsində bu cür hərəkətlər edən şəxsləri 1 500 laridən 4 000 lariyə qədər cərimə gözləyir və ya onlar 45 günədək inzibati həbs olunacaqlar.

İnzibati xətanı törətmiş şəxs ikinci dəfə eyni hərəkəti edərsə, cərimənin məbləği 2500 laridən 6 000 lariyədək dəyişəcək. Eyni zamanda, həmin şəxs və ya şəxslər 5 gündən 60 günədək inzibati həbs cəzası alacaqlar.

Bundan əlavə, xırda xuliqanlıq, polisə müqavimət və icazəsiz mitinqlərin keçirilməsinə görə də sanksiyalar sərtləşdiriləcək.

Qanun layihəsi parlamentə təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri