Icma.az
close
up
RU
Gürcüstanda etiraz aksiyaları bu günlük başa çatıb YENİLƏNİB

Gürcüstanda etiraz aksiyaları bu günlük başa çatıb YENİLƏNİB

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xüsusi təyinatlılar Rustaveli prospektində keçirilən aksiyanı su şırnağı və gözyaşardıcı qazlarla dağıtdıqdan sonra nümayişçilər etiraz aksiyasını başa çatdırmaq qərarına gəliblər.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, polis xüsusi təyinatlı dəstələri yerli vaxtla 00:35 radələrindən başlayaraq Rustaveli prospektində nümayişi dağıtmağa başlayıblar.

Az əvvəl hüquq mühafizə orqanları etiraz aksiyasının yatırılmasına nail olublar. Polisin aksiyada iştirak edən bir neçə nəfəri saxladığı bildirilir.

Xatırladaq ki, artıq doqquzuncu gündür Tbilisi və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.

***

02:21

Tbilisidə hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı vaxtaşırı su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edirlər.

APA xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları mitinq iştirakçılarını dağılışmağa çağırıb.

Xüsusi təyinatlıların həm Rustaveli prospektində, həm də Respublika meydanında yerləşdirildiyi bildirilir.

Hazırda mitinq iştirakçıları parlament binasının qarşısındakı meydandan uzaqlaşdırılıb.

Hadisələr zamanı polisin bir neçə nəfəri saxladığı bildirilir.

***

01:06

Tbilisidə Gürcüstan Parlamentinin binası yaxınlığında, Çiçinadze və Çitadze küçələrində xüsusi təyinatlılar səfərbər olunub, xüsusi texnika yerləşdirilib.

APA xəbər verir ki, bu haqda Gürcüstanın “Interpressnews” agentliyi məlumat yayıb.

Polis Azadlıq meydanında barrikada qurub və meydana xüsusi zirehli texnika, həmçinin su şırnağı texnikası yerləşdirilib.

Polis əməkdaşlarının metronun “Azadlıq meydanı” stansiyasında iki nəfəri həbs etdiyi bildirilir.

Rustaveli prospektində etiraz aksiyası davam edir.

***

21:35

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri