Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı açıqlanıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hüquq-mühafizə orqanları noyabrın 28-dən Gürcüstanda etiraz aksiyalarında iştirak edən 400-dən çox insanı saxlayıb.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Noyabrın 28-dən davam edən etiraz aksiyası çərçivəsində 30-dan çox şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bundan başqa, 372 nəfər inzibati qaydada tutularaq barələrində iş başlanılıb, onlardan 62 nəfərə artıq inzibati həbs, 100-dən çox şəxs isə cəza növü üzrə cərimə olunub”, - məlumatda deyilir.
Nazirlik onu da əlavə edib ki, aksiyalar zamanı 150-dən çox polis əməkdaşı xəsarət alıb.
Baxış sayı:125
Bu xəbər 09 Dekabr 2024 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















