Gürcüstanda etirazlar yenidən başlayıb...
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Gürcüstan müxalifətinin tərəfdarları Tbilisidə yenidən etiraz aksiyalarına başlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sputnik Gürcüstan Teleqram kanalı bildirib.
Telekanalın məlumatına görə, etirazçılar Tbilisi Dövlət Universitetinin binası yaxınlığında yürüşə başlayıb və Gürcüstan parlamentinə doğru yürüş ediblər.
Onlar əvvəlki etiraz aksiyalarında saxlanılan iştirakçıların azad edilməsini tələb edirlər.
Rus saytlarının hesablamasına görə, bu, müxalifət tərəfdarlarının sayca 10-cu yürüşüdür.
Dövlət bayraqları və etiraz şüarları ilə etirazçılar Rustaveli prospektini bağlayıblar. Çiçinadze və 9 Aprel küçələrinə polis səfərbər edilib.
Cümə günü, dekabrın 6-da Gürcüstan müxalifətinin liderlərindən biri Levan Tsutskiridze etirazların iki əsas məqsədinin adını çəkdi.
...Birincisi, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması və yeni səsvermənin təyin edilməsidir.
...İkincisi, siyasi məhbusların və gənclərin dərhal azadlığa buraxılmasıdır,-deyə o bildirib.
Əli Babayev
Baxış sayı:144
Bu xəbər 07 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















