Gürcüstanda üç nazir dəyişəcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni hökumətdə xarici işlər naziri, ədliyyə naziri, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri dəyişəcək.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, Xarici İşlər Nazirliyinin rəhbəri postuna parlamentin hakim əksəriyyətindən olan deputat Maka Boçorişvilinin namizədliyini təqdim edəcək.
Baş nazirin sözlərinə görə, ədliyyə naziri postuna isə yeni hökumətə parlamentin hakim əksəriyyətinin liderlərindən biri olan Ənri Oxanaşvili təklif ediləcək.
Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri vəzifəsinə namizəd kimi isə Baş nazir başqa bir hakim əksəriyyət üzvü olan David Songulaşvilini irəli sürüb.

Gürcüstanda daha üç nazir dəyişəcək
25 Noyabr 2024 10:33
Gürcüstanda üç nazir dəyişdirilir
25 Noyabr 2024 10:27
Gürcüstanda hakimiyyət dəyişəcək?
06 Dekabr 2024 12:53
Gürcüstanda üç polis bıçaqlandı
21 Yanvar 2025 21:42
Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək
25 Noyabr 2024 10:44

