Gürcüstanda hökumətyönlü telekanalların yayımı kəsilib, DTX araşdırma aparır
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın "Teleİmedi” media holdinqinə daxil olan "İmedi”, "Maestro” və "GDS” televiziya kanallarının yayımı 45 dəqiqə ərzində dayanıb.
APA xəbər verir ki, "İmedi” teleşirkətinin müraciəti əsasında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabotaj maddəsi ilə araşdırmalara başlayıb.
DTX hazırda müvafiq istintaq tədbirlərini davam etdirir.
"İmedi”nin yaydığı məlumata əsasən, telekanalın yayımı naməlum səbəbdən qəfildən kəsilib. Teleşirkət nasazlığın yaranmasında cinayət əməlinin mümkünlüyünü istisna etmir.
Qeyd edək ki, "İmedi”, "Maestro” və "GDS” Gürcüstanın hökumətyönlü telekanalları kimi tanınır.
Bu mövzuda digər xəbərlər:Gürcüstanda telekanalların xaricdən maliyyələşdirilməsi qadağan edildi
01 Aprel 2025 16:04
Gürcüstanda elektrik enerjisi kəsilib
19 Aprel 2025 13:33
DTX rəhbəri istefa verdi Gürcüstanda
23 Avqust 2025 21:00
Gürcüstanda keçmiş nazir DTX rəisi oldu
04 Aprel 2025 15:31
Gürcüstanda yeni DTX rəisi təyin EDİLDİ
03 Sentyabr 2025 14:11
Baxış sayı:117
Bu xəbər 13 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















