Icma.az
close
up
RU
“Gürcüstanda korrupsiyanı məğlub etdim və heç kimə xalqın hesabına varlanmağa imkan vermədim”

“Gürcüstanda korrupsiyanı məğlub etdim və heç kimə xalqın hesabına varlanmağa imkan vermədim”

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

"Gürcüstan hakimiyyəti məni məhv etməyə çalışırlar. Mənim məhv edilməyim, onların artıq məhv etdikləri Gürcüstan dövlətçiliyi ilə müqayisədə heç nədir".

Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu gün keçirilən məhkəmə prosesinə onlayn qoşularkən deyib.

O bildirib ki, hakimiyyət onu vətənini sevdiyinə görə cəzalandırır:

“Heç kim tarixi dəyişə bilməz ki, biz Gürcüstan tarixinin ən uğurlu 9 ilinin simvolu olmuşuq. Mən ona görə cəzalandırıram ki, cəsarət edib müasir dövlət yaratdım. Ona görə cəzalandırıram ki, bataqlıqdan, səfalətdən Batumini inşa etdim. Ona görə cəzalandırıram ki, turistlərin sayını 50 mindən 7 milyona çatdırdım. Ona görə cəzalandırıram ki, korrupsiyanı məğlub etdim və heç kimə xalqın hesabına varlanmağa imkan vermədim. Mən ona görə cəzalandırıram ki, öz vətənimi sevirəm və öz həyatımı təhlükəyə ataraq geri qayıtdım. Əgər bu, siyasi təqib deyilsə, bəs dünyada siyasi təqib nədir?! Buna görə də hamını ayıq olmağa çağırıram. Hamını birləşməyə çağırıram. Tez-tez mənim adımı çəkməkdən çəkinənlər mənim tərəfdarlarımın mütləq əksəriyyətini ruhdan salırlar. Mən həmişə onlara çağırış edirəm ki, aksiyalarda iştirak etsinlər. Bizə çoxlu insan, cəsarət və birlik lazımdır. Birliyə alternativ yoxdur. Buna görə də biz bu yolla getməliyik”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan siyasi məhbusların sayına görə hətta Belarusdan da irəli keçib.

“Həqiqətdə isə hamı çox yaxşı bilir ki, mən nəyə görə buradayam. Xatırlayırsınız ki, mənim 9 milyard dollar oğurladığımı deyirdilər. İndi yəqin ki, xatırlamırsınız, amma dünyanın hər yerindən istefaya çıxmış prokurorları gətirdilər ki, bəlkə Saakaşvilinin əleyhinə nə isə tapsınlar, heç olmasa barmağına dolayacaq bir şey olsun”, - deyə sabiq prezident əlavə edib.

Saakaşvili qeyd edib ki, mübarizə Gürcüstanın qələbəsi ilə başa çatacaq.

“Düzdür, indi küçədə qışdır, amma əminəm ki, bahar gəlir və azadlıq da yaxınlaşır. Bu mübarizə mütləq uğurla yekunlaşacaq. Buna əminəm. Hamıya demək istəyirəm ki, bu, çətin bir mübarizədir. Mən bütün siyasi məhbuslarla tam həmrəyliyimi bildirirəm”, - deyə siyasətçi yekunlaşdırıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri