Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər”.
AYNA xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Bu, müxalifət kanalı “TV Pirveli”nin jurnalistlərinə qarşı naməlum şəxslərin hücumu ilə bağlıdır.
“Mən şəxsən küçədə maska taxmağın qadağan edilməsi təşəbbüsünü irəli sürəcəyəm. Siz görürsünüz, mitinqlər zamanı nə qədər problem yaranır. Aksiyalarda polislərə daşlar atılır, amma biz daş atanların kim olduğunu bilmirik. İndi kimsə üzündə maska ilə jurnalistə hücum edib, onu ya tapacağıq, ya da yox. Əminəm ki, mənim həmkarlarım, çoxluğun nümayəndələri, bu qadağanı dəstəkləyəcəklər”, - deyə o, “Imedi” kanalına bildirib.
Bu mövzuda digər xəbərlər:Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər
08 Dekabr 2024 09:22
Baxış sayı:48
Bu xəbər 08 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















