Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) son dövrdə həyata keçirilən genişmiqyaslı operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərinə görə 23 nəfərin saxlanıldığını açıqlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onlardan 14-ü narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslərdir.
Saxlanılanlar arasında Gürcüstan, Azərbaycan, Fransa, Moldova, Rusiya və İran vətəndaşları da var. Onlar narkotik vasitələrin böyük və xüsusilə böyük miqdarda qanunsuz dövriyyəyə buraxılması, satışına cəhd və satışına hazırlıqda ittiham olunurlar.
Onlar Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunurlar. Bu cinayətlərə görə, 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Mart 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















