Gürcüstanda nə qədər azərbaycanlı həbsdədir? KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 193 nəfər təşkil edir.
KONKRET.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyun ayı üzrə hesabatında bildirilib.
Həmin şəxslərin 56-sı kişi, 5-i qadın olmaqla 61-i ittiham edilən, 114-ü kişi, 18-i qadın olmaqla 132-si məhkumdur.
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 79 nəfərə bərabərdir. Onların 70-i kişi, 9-u isə qadındır.
Qonşu ölkədə həbs cəzası çəkən əcnəbilərin ümumi sayı 1830 nəfərdir. Onların arasında Türkiyə (504 nəfər), Rusiya (216 nəfər) və Ukrayna (210 nəfər) vətəndaşları ilk üçlükdədir. Probasiya nəzarətində isə 47 ölkənin 725 vətəndaşı saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 İyul 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















