Icma.az
close
up
RU
Gürcüstanda parlament seçkiləri başa çatsa da...

Gürcüstanda parlament seçkiləri başa çatsa da...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Seçki ajiotajı davam edir

Qonşu Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri artıq tarix olsa da, ölkədə hələ də seçki ajiotajı səngiməyib. Seçkiləri udan və yenidən hökuməti formalaşdırmaq səlahiyyəti qazanan hakim komanda ilə müxalifət qüvvələri arasında qütbləşmə hər ötən gün daha da dərinləşir. “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyası seçkiləri xalqın iradəsi ilə qazandığını bildirir. Ayrı-ayrı partiyaların və prezident Salome Zurabişvilinin ətrafında cəmləşən qüvvələrin  birləşdiyi müxalifət isə məğlubiyyətini qəbul etmir. Mərkəzi Seçki Komissiyası son nəticələri elan etdikdən sonra Tbilisidə və ayrı-ayrı regionlarda etirazların yeni dalğası başlayıb.

Seçkilərin nəticələrinin yekun protokolu təsdiqlənib

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin yekun protokolunu təsdiqləyib. Protokolu noyabrın 16-da keçirilən iclasda MSK sədri və katibi imzalayıblar. MSK sədri Giorgi Kalandarişvili, həmçinin qalib partiyaları və Gürcüstan parlamentinin deputatı mandatını almış şəxsləri təbrik edib, onlara uğurlar arzulayıb.

G.Kalandarişvili deyib: “Yekun protokol tərtib olunub. Bununla da biz, əslində, seçki dövrünü başa vururuq. Bununla yanaşı, seçki müddətinin başa çatması ilə əlaqədar, bu gündən etibarən həm müvəqqəti, həm də yuxarı komissiyalar tərəfindən təyin edilmiş, habelə partiyanın dairə seçki komissiyaları üzvlərinin aşağı komissiyalarda səlahiyyətləri faktiki olaraq dayandırılır”.

Elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar. Bununla da Gürcüstanın hakim partiyası rekord nəticə ilə - seçicilərin təxminən 54 faizinin dəstəyini alaraq dördüncü dəfə hökumətdə qalmağa nail olub.

Ümidini Qərbə bağlayan müxalifət

MSK-nın bəyan etdiyi nəticələrlə hesablaşmayan müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını iddia edərək, nəticələrin ləğvini və yeni seçkilərin keçirilməsini istəyirlər. Müxalifət liderləri, o cümlədən prezident Zurabişvili Tbilisidə keçirilən mitinqlərdə çıxış edərək, seçicilərin səslərinin oğurlandığını və Gürcüstanın Avropa yolunun müdafiə olunmasının vacibliyini vurğulayırlar. Xatırladaq ki, hazırda Gürcüstan prokurorluğu seçki saxtakarlığı iddiaları ilə bağlı araşdırma aparır və prezident Zurabişvili də ifadə vermək üçün çağırılıb. Lakin o, bu çağırışa əməl etməyib və sübutların müstəntiqlər tərəfindən toplanmalı olduğunu bildirib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin nəticələrinin yekununa həsr edilən iclası da qalmaqalsız ötüşməyib. Gürcüstan KİV-in məlumatına görə,  komissiyanın müxalifətçi üzvü, Milli Hərəkatın nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvilinin üzərinə qara boya töküb. “Siz gürcü xalqını eşitmirsiniz, etirazçıların tələbələrini dinləmirsiniz. Siz Gürcüstanın, bizim gələcəyimizi əlimizdən aldınız, ölkəmizi Rusiyaya tərəf qovursunuz. Mən sizə sədr də deyə bilmərəm, siz “nöqtə ru” sunuz. Sən qara ləkəsən”, - deyə Kirtadze bir stəkan tünd rəngli mayeni Kalandarişvilinin üzünə atıb.

Bundan sonra dava düşüb və iclas yarımçıq kəsilib.Hakimiyyətin əleyhdarları hesab edirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi pozulub - bülletenlərin arxa tərəfində marker işarələri var. Onlar təkid edirlər ki, bu səbəbdən elektron seçki qutuları quraşdırılan məntəqələrin 90 faizində seçkinin nəticələri ləğv edilməlidir. Yerli qeyri-hökumət təşkilatlarının və müxalifətin müvafiq tələbləri Gürcüstan məhkəmələri tərəfindən təmin edilməyib.

Eyni zamanda, MSK-nın ofisinin yaxınlığında etiraz aksiyası keçirilir. Orada seçkilərin saxtalaşdırıldığını hesab edən bir neçə yüz adam toplaşıb. Tbilisi Dövlət Universitetinin yaxınlığında 20-dək çadır qurulub. Bir neçə ünvanda etirazçılar tonqallar yandırıblar. Aksiyalar səbəbindən Melikişvili, Varazisxevi, Çavçavadze prospektlərində, Kekelidze küçəsində və bəzi başqa ünvanlarda avtomobillərin hərəkəti çətinləşib. “Yeni seçkilərin keçirilməsinə nail olmaqdan ötrü aksiyaların davam etdirlməsi zəruridir. Parlamentin legitimliyi tanınmamamlı, “Xalq parlamenti” formalaşdırılmalı, prezident Zurabişvili dəvət olunaraq bu parlamentin fəxri sədri seçilməli, gələcək fəaliyyət planı hazırlanmalı, Qərbdəki dost dairələrə nümayəndələr göndərilməlidir”, - deyə “Güclü Gürcüstan” Partiyasının lideri Mamuka Xazaradze sosial şəbəkə hesabında yazıb.

Sözügedən partiyanın digər bir funksioneri Salome Samadaşvili isə bildirib ki, dörd müxalifət partiyası Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinə məktub ünvanlayıb. Məktubda Avropalı  nazirlərdən kömək istənilir.

Göründüyü kimi, Gürcüstan müxalifəti öz dayaqlarını gürcü xalqında deyil, ölkə hüdudlarından kənarda axtarır. Yeri gəlmişkən, etiraz aksiyalarının məhz Qərbdən idarə olunduğu barədə versiyalar səsləndirilir. Bu, əslində Qərbin indiyədək bir sıra ölkələrdə sınaqdan keçirdiyi ənənəvi taktikadır.  Qərb Cənubi Qafqazda mövcudluğunu təmin etmək planlarını həm də Gürcüstan üzərindən reallaşdırmaq istəyir. Ancaq hələlik buna müyəssər olmur.

Hakimiyyət siyasi qətiyyət nümayiş etdirir

Qonşu və dost ölkənin siyasi rəhbərliyi Gürcüstanın milli maraqlarını və ləyaqətini qorumağı bacarır. Son parlament seçkiləri də Qərbin diktəsi ilə deyil, xalqın seçimi əsasında baş tutub. “Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, heç bir ölkədə parlamentin legitimliyini müxalifətin tanıması tələb olunmur, əks halda dünyada demokratiya olmazdı. “Gürcüstanın hələ də formal prezidenti olan Salome Zurabişvili parlamentin ilk iclasını təyin etməməklə ölkə Konstitusiyasını növbəti dəfə pozacaq. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, - deyə İ.Kobaxidze vurğulayıb.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili isə Avropa İttifaqına üzv 8 ölkənin (Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya, Polşa) parlamentarilərindən ibarət nümayəndə heyəti ilə görüşdən imtina edib. Şalva Papuaşvili bu barədə özünün “Facebook” səhifəsində yayıb. Papuaşvili deyib ki, “bu qrup” onunla və parlamentin bəzi komitələrinin sədrləri ilə görüş istəyib. O, bundan imtina edib. İmtinanın səbəbini yazılı şəkildə izah edib.

Şalva Papuaşvili onları qeyri-dost münasibətdə və Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilədə ittiham edir: “Baxmayaraq ki, Gürcüstan hökuməti Avropa İttifaqının bütün müvafiq və maraqlı tərəfləri ilə dialoqun təşviqinə sadiq qalır, ancaq mən bu görüşləri keçirmək niyyətinə müsbət cavab verə bilmərəm”, - deyə Papuaşvili vurğulayıb.

Parlamentin sədri deyib ki, seçkiqabağı təşviqat kampaniyası zamanı nümayəndə heyətinin bəzi üzvləri və digər xarici siyasətçilər Gürcüstanın hakim partiyasına qarşı ictimai kampaniya aparıblar. Onlar müxalifəti dəstəkləməklə Gürcüstan qanunvericiliyini davamlı və məqsədyönlü şəkildə pozub, bununla da vətəndaşların iradəsinə qeyri-qanuni təsir göstərməyə cəhd ediblər.  Papuaşvili yuxarıda qeyd olunanları nəzərə alaraq, nümayəndə heyətindən alınan görüş xahişi ilə razılaşmağı qeyri-mümkün hesab edib.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri