Gürcüstanda prezidentliyə sabiq futbolçunun namizədliyi verildi Foto
News24 saytına istinadən Icma.az xəbər verir.
Hakimiyyətdə olan "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası deputat və sabiq futbolçu Mixeil Kavelaşvilinin ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
News24.az xəbər verir ki, bu barədə “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının lideri Bidzina İvanişvili mətbuat konfransında bildirib.
İvanişvili əmin olduğunu bildirib ki, Kavelaşvili "prezidentlik institutunun müvəqqəti olaraq əlindən alınmış şərəfini geri qaytaracaq" və 29 dekabrda keçiriləcək andiçmə mərasimindən sonra "prezident tərəfindən xəyanət və konstitusiyanın ardıcıl pozulması praktikasının, prezidentlik institutuna böyük ziyan vurulmasına səbəb olduğu dövr geridə qalacaq".
Partiyanın qurucusu qeyd edib ki, Kavelaşvili "xarici güclərin deyil, Gürcüstan dövlətinin və xalqının maraqlarına xidmət edəcək".
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















