Gürcüstanda SON VƏZİYYƏT: Etirazçılar polislərə fişəng və partlayıcı vasitələrlə müqavimət göstərirlər VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın təhlükəsizlik qüvvələri paytaxtın mərkəzində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.
Bizim.Media xəbər verir ki, nümayişçilər isə onlara fişəng və partlayıcı vasitələrlə müqavimət göstərirlər.
Məlumata görə, xüsusi təyinatlılar Rustaveli prospektini etirazçılardan təmizləmək əmri alıb. Təhlükəsizlik qüvvələrinin koloniyası heç bir müqavimətə rast gəlmədən parlamentə doğru irəliləyirlər.
Respublika Daxili İşlər Nazirliyi aksiyanın hüquqi çərçivədən kənara çıxdığını qeyd edərək, etirazçıları “qanunsuz hərəkətlərə son qoymağa, qanunla müəyyən edilmiş çərçivədə etirazlarını bildirməyə” çağırıb. Bildirilib ki, əks halda onlar barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















