Gürcüstanda ümummilli tətil elan edilib
Icma.az, Sia Az saytına istinadən bildirir.
...Yanvarın 15-də Gürcüstanda ümummilli xəbərdarlıq tətili elan edilib. Vətəndaşlar yeni parlament seçkilərinin keçirilməsini və saxlanılan etirazçıların azad edilməsini tələb edirlər.
SİA-nın məlumatına görə, bu barədə Protest 24 xəbər yayıb.
Yanvarın 15-də saat 15:00-da baş tutacaq aksiyanın məqsədi yeni parlament seçkilərinin keçirilməsi və saxlanılan etirazçıların azadlığa buraxılmasıdır.
Tətil təşkilatçıları bütün ölkə üzrə işəgötürənləri və işçilərini üç saatlıq fəaliyyətlərini müvəqqəti dayandırmağa çağırır.
Tətil təşkilatçılarının fikrincə, bu yolla onlar ölkənin siyasi həyatında dəyişikliklərin olmamasının iqtisadi durğunluğa və həyat səviyyəsinin aşağı düşməsinə necə səbəb olduğunu nümayiş etdirəcəklər.
...Tətilimizlə təcrid olunmuş vəziyyətdə bizi nələrin gözlədiyini göstərəcəyik: iqtisadi durğunluq; qapalı biznes; yoxsulluq və işsizlik....
Bu, bəyanatda deyilir.
Etirazçıların əsas tələbləri təkrar parlament seçkiləri və oktyabrın sonunda parlament seçkilərindən sonra baş vermiş etiraz aksiyaları zamanı saxlanılanların azadlığa buraxılmasıdır.
Əli Babayev
Baxış sayı:112
Bu xəbər 04 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















