Gürcüstandan Azərbaycana qanunsuz keçirilən 100 min qutu “Milano” aşkarlanıb
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstandan Azərbaycana bəyan edilməmiş siqaret və tibbi dərmanların keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, Gürcüstan Vergi Xidmətinin məlumatına görə, hadisə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin nəzarət zonasında baş verib.
Məlumata əsasən, Gürcüstandan Azərbaycana şəkərlə yüklənmiş 3 yük maşınının hərəkət etdiyi müəyyən edilib. Risk qiymətləndirilməsi nəticəsində yük maşınları saxlanılıb və onlardan biri ətraflı yoxlanılıb.
Yoxlama zamanı bəyannaməyə daxil edilməyən 100 min qutu “Milano” siqareti və 1114 ədəd müxtəlif tibbi dərman aşkar olunub.
Vergi Xidmətinin açıqlamasına görə, siqaretlərin ümumi bazar dəyəri 575 min lari (222 min dollar), dərmanların dəyəri isə 485 min laridən çox (187 min dollar) olub.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Gürcüstandan Azərbaycana gətirilən kartofda parazitlər aşkarlanıb
04 Noyabr 2025 15:48
Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb
03 Aprel 2025 16:00
Gürcüstandan Azərbaycana pul köçürmələri artıb
16 Aprel 2026 15:18
Gürcüstandan Azərbaycana yeni yol çəkiləcək
21 Oktyabr 2026 10:39
Gürcüstandan Azərbaycana qanunsuz siqaret və dərman daşınmasının qarşısı alınıb
02 Oktyabr 2026 11:02
Baxış sayı:149
Bu xəbər 02 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















