Icma.az
close
up
RU
Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması vətəndaşların Gürcüstana və digər qonşu ölkələrə gediş-gəlişi üçün ciddi problemlər yaratmaqda davam edir.

Rəsmi olaraq pandemiya, qeyri-rəsmi isə təhlükəsizlik səbəbilə sərhədləri bağlı saxlayan hökumət nədənsə təyyarə biletlərinin qiymətinə nəzarət etmək istəmir.

Bu isə imkansız təbəqə üçün ciddi maddi itkilər deməkdir.

Gürcüstanda yaşayan azərbaycanlıların Gununsesi.info-ya verdiyi məlumata görə,  son zamanlar Tblisidən Bakıya biletlərin kəskin bahalaşması insanları çıxılmaz duruma salıb. 

Belə ki, Gürcüstandan Bakiya getmək üçün sərnişinlər İstanbul və Aktau üzərindən uçaraq səfər edirlər.
Son aylar Tbilisidən Bakıya birbaşa aviabiletlərin əldə olunması xeyli çətinləşib.

Məlumata görə, Bakıdan Tblisiyə biletlər 200-300 manat civarında olsa da amma geri dönüş 1200 manata qədər yüksəlir.

Problemi araşdıran Gürcüstanın aktual.ge saytı isə yazır ki, qiymətlərin yüksək olmasının əsas səbəbi bu marşrut üzrə yalnız Azərbaycanın milli aviadaşıyıcısı – AZAL – Azerbaijan Airlines-ın fəaliyyət göstərməsidir.

Gürcüstan hava şirkəti təmsilçiləri bildirir ki, rəqabətin olmaması və müəyyən bürokratik məhdudiyyətlər qiymətlərə birbaşa təsir edir.

“Altamira Travel”in baş direktoru Elvin Qasımov qeyd edib ki, rəqabət olmadığından AZAL qiymətləri sərbəst şəkildə müəyyənləşdirə bilir.

“AVİANET”in direktoru Nailə Kiryakova isə Bakıya aviabiletlərin bahalığını tələbatın çoxluğu və Azərbaycan tərəfinin quru sərhədlərinin hələ də bağlı qalması ilə izah edib.

Sərnişinlər mövcud vəziyyətin yaxınlarını ziyarət etmək və müxtəlif tədbirlərdə iştirak imkanlarını məhdudlaşdırdığını bildirirlər.

Onların fikrincə, əlavə reyslərin açılması, quru sərhədlərin tam fəaliyyətə başlaması və qiymətlərə nəzarət mexanizmlərinin tətbiqi mövcud problemi azalda bilər.

Qeyd edək ki, Gununsesi.info-nun Azərbaycan-Gürcüstan sərhədindən hazırladığı reportajda bu bölgədə yaşayan insanlar da narazılıqlarını ifadə edib. 

Həmin reportajda soydaşlarımız Gəncəbasar bölgəsində yaşayan qohumların xeyir-şər məclislərinə qatıla bilmədiklərindən gileylənir.

Onlar təklif edir ki, Azərbaycan tərəfi heç olmasa bölgə insanları üçün qapıları açmalıdır.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri