Gürcüstandan Makrona Rusiya etirazı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Fransa sərhədindən Rusiya sərhədinədək 2000 kilometr, işğal xəttindən Gürcüstanın əsas nəqliyyat arteriyasınadək isə cəmi 500 metr məsafə var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Prezidenti Emmanuel Makronun bəyanatını şərh edərkən deyib.
“Bu ağır, real və coğrafi fərq bizim və Fransa arasında tamamilə fərqli vəziyyət yaradır. Bu, onların nəzəri ritorikası ilə bizim real məsuliyyətimizin ağırlığı, geosiyasi bəyanatlarla geosiyasi qərarlar arasındakı fərqdir. Tarixi bilən və onun dərslərindən öyrənən hər kəs başa düşür ki, yalançı dəyərlər üzərində qurulan nağılların sonu məhz belə olacaq, bu, 2022-ci ildə (Rusiya Ukraynaya hücum edəndə) daha aydın oldu”, - spiker bildirib.
Papuaşvili qeyd edib ki, Gürcüstan ağrılı təcrübələrini nəzərə alaraq, müharibə yox, öz maraqlarının müdafiəsi yolunu seçib:
“Biz öz xalqımızın həyatını qoruduq, çünki bilirdik ki, vətənpərvərlik yüksək səslə deyilən şüarlarda yox, dövlət məsuliyyətindədir. Coğrafiyanı dəyişmək olmaz. Tarixi də silmək mümkün deyil. Bu həqiqətin üzünə baxan insan müharibəyə yox, ölkəsinə xidmət edir və onu qoruyur. Gürcüstan da məhz bu seçimi etdi”.
Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl belə demişdi:
“İstəsək də, istəməsək də, Rusiya qapımızın yanındadır, Moskva və Kiyev sülh sazişinə nail olduqdan sonra yeni təhlükəsizlik arxitekturasını Rusiya ilə birlikdə qurmalı olacağıq”./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 12 Fevral 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















