Icma.az
close
up
RU
Gürcüstanı dağıdıcı müharibəyə qoşulmağa... Tbilisidən bəyanat

Gürcüstanı dağıdıcı müharibəyə qoşulmağa... Tbilisidən bəyanat

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının bəyanatında belə qeyd olunub.

“Gürcüstan bu vaxta qədər böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən qurtula bilsə də, sülh uğrunda mübarizə davam edir və bu mübarizə sona çatdırılacaq. Nə qədər ki, Ukraynada birinci cəbhə var, ikinci cəbhənin Gürcüstanda açılması marağı həmişə olacaq. Qlobal Müharibə Partiyasının sifarişi və “Dərin Dövlət”in əli ilə konkret dövlətlərin gürcü siyasətçi və məmurlarına qarşı tətbiq etdiyi sanksiyalar da bununla bağlıdır. Gürcü xalqı sağ qalmaq və Gürcüstanın ukraynalaşmasının qarşısını almaq üçün sona qədər mübarizə aparmalıdır”.

Bəyanatda Avropa İttifaqı bürokratiyasının öz dəyərinə sadiqlinin bu gün ən pis vəziyyətdə olduğu qeyd olunub.

“Maraqlıdır ki, Gürcüstana qarşı sanksiyaları əvvəlcə Ukrayna hakimiyyətinə tətbiq etdirdilər və onların yüksək vəzifəli şəxsləri Gürcüstan hakimiyyətini açıq şəkildə ikinci cəbhə açmağa çağırıblar. Bunun ardınca suverenliklərini praktiki olaraq itirmiş və tamamilə “Dərin Dövlət”in diktəsi ilə hərəkət etməli olan Baltikyanı ölkələrin sanksiyaları gəldi. O zaman bağlı qapılar arxasında səslənən tələblər və təhdidlər nəhayət ictimai forma aldı. “Ya döyüşəcəksən, ya da səni cəzalandıracağıq” – bu, Gürcüstan və gürcü xalqının Qlobal Müharibə Partiyasından aldığı sadə mesajdır”.

Bəyanatda sanksiyaların Gürcüstanı “dağıdıcı müharibəyə qoşulmağa məcbur edə bilməyəcəyi” qeyd edilib.

“Heç kim gürcü xalqını heç bir sanksiya ilə qorxuda bilməz, çünki ictimaiyyət yaxşı başa düşür ki, heç bir sanksiya ölkənin məhv edilməsi ilə müqayisə oluna bilməz. Ona görə də heç kim Gürcüstan hökumətini hansısa sanksiyalar bahasına ölkəni dağıdıcı müharibəyə qurban verməyə məcbur edə bilməz. Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək” – “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri