Icma.az
close
up
RU
Gürcüstanın Aİ yə “zeytun budağı” uzatması münasibətlərin normallaşması üçün ümid verir RƏY

Gürcüstanın Aİ yə “zeytun budağı” uzatması münasibətlərin normallaşması üçün ümid verir RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan hökuməti ABŞ və Avropa ilə münasibətləri bərpa etməyə hazırdır.

Bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Baş katibi Kaxa Kaladze deyib.

"Biz dəfələrlə münasibətlərin normallaşdırılmasına hazır olduğumuzu bildirmişik. Bütün bu müddət ərzində biz öz maraqlarımızı, ölkəmizi müdafiə etmişik, heç kimə Gürcüstandan öz məqsədləri üçün istifadə etməyə imkan verməmişik. Təbii ki, bu üç il çox çətin keçib. Hansı bəyanatların səsləndirildiyi yadınızdadır, şantajlar oldu, indi də davam edir, amma biz çox möhkəm dayandıq, prinsipiallıq göstərdik, reallığı ictimaiyyətə izah etdik, ölkənin hansı çətinliklərlə üzləşdiyini, hansı qüvvələrin yerli təşkilatların iştirakı ilə dövlətçiliyimizə qarşl mübarizə apardığını izah etdik. Xalq hər şeyi başa düşdü, bizi dəstəklədi və biz birlikdə ölkə üçün böyük fəlakətin qarşısını ala bildik", - Kaxa Kaladze qeyd edib.

Kaxa Kaladze "dərin dövlət"in məğlubiyyətindən sonra Qərblə münasibətlərin yenidən qurulmağa başlayacağını və bütün bunların Gürcüstana müsbət təsir göstərəcəyini qeyd edib.

“ABŞ prezidenti “dərin dövlət”in məğlubiyyətini bəyan edib və biz istəyirik ki, bütün bunlar Gürcüstanda təkcə bəyanatlarla deyil, həm də konkret addımlar və hərəkətlərlə öz əksini tapsın, münasibətlərin bərpasına və hər şeyə, hətta strateji münasibətlərə də yeni səhifədən başlamaq lazımdır”, - Kaladze deyib.


Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Gürcüstan rəhbərliyi, son dövrlərdə ABŞ və Avropa İttifaqı ilə münasibətlərini daha müsbət və konstruktiv bir istiqamətdə inkişaf etdirməyi hədəfləyir. Lakin indiki mərhələdə Avropadan bu istiqamətdə heç bir ciddi müsbət siqnal almaq mümkün olmayıb:


"Ümumiyyətlə, Aİ-nin Gürcüstanla əlaqələri normallaşdırmaq niyyəti, hələlik, konkret şəkildə ortaya çıxmayıb. Bununla belə, Gürcüstan rəhbərliyi əvvəlcə ABŞ ilə əlaqələri möhkəmlətməyi planlaşdırır. Çünki Tramp administrasiyasının siyasəti, Baydenin strategiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, Tramp administrasiyası Ukrayna və Aİ məsələlərində Baydenin tutduğu xətti davam etdirmir. Tramp həmçinin, Rusiya ilə bəzi məsələlərdə yaxınlaşma xəttini tutmağa çalışır, o cümlədən Ukrayna məsələsi üzrə də müəyyən fərqliliklər var. Gürcüstanın tanınmış siyasətçilərindən biri olan Kaxa Kaladze, Gürcüstan-ABŞ münasibətlərinin pisləşməsinin başlıca səbəbini Bayden administrasiyasının siyasətində görür. O, bu münasibətlərin yaxşılaşdırılması üçün ABŞ-ın rəhbərliyi ilə yeni bir anlaşma əldə edilməsini təklif edir. Lakin hazırda Donald Tramp bu məsələyə “yaşıl işıq” yandırmağa hazır deyil. Bu səbəbdən, Gürcüstan hələ də ABŞ ilə əlaqələrində nəzərəçarpan bir irəliləyiş əldə edə bilmir.

Digər tərəfdən, Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrini yaxşılaşdırmaq imkanı hələ də mövcuddur. Tramp və komandasının Aİ ilə bağlı gözləntiləri, xüsusilə də Almaniya və Böyük Britaniyada sağçı və millətçi partiyaların güclənməsi ilə bağlı olan təxminləri reallaşmadı. Buna görə də Avropa İttifaqı, əvvəlki siyasətini davam etdirərək, Gürcüstana qarşı sərt mövqeyini qoruyacaq. Bu vəziyyət, Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində ciddi dəyişikliklərə səbəb olmayacaq".



Politoloqun sözlərinə görə, Kaladze, mövcud geopolitik vəziyyəti nəzərə alaraq, Rusiyanın zəifləyəcəyini və bunun Gürcüstan üçün yeni imkanlar açacağına inanır:

"Lakin o, eyni zamanda Aİ ilə münasibətlərin bərpası üçün diplomatik manevrlər edərək açıq qapı saxlamağa çalışır. Gürcüstan, Rusiyanın Ukrayna münaqişəsindən məğlub çıxsa belə, Avropa İttifaqı və ABŞ tərəfindən təklənmək və sanksiyalara məruz qalmaqdan çəkinir. Bu vəziyyət ölkə üçün ciddi maliyyə dividentlərini itirmək riski daşıyır. Gürcüstanın bu mövzuda tutduğu mövqe, ölkə daxilində müxalifət məsələlərini həll etdikdən sonra yenidən avrointeqrasiya yoluna qədəm qoymağa hazır olduğunu və Aİ və ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiyini göstərir.

Son olaraq, Gürcüstanın bu vəziyyətdə Aİ-yə “zeytun budağı” uzatması, diplomatik yanaşma və gələcəkdə münasibətlərin normallaşması üçün ümid verir. Lakin bu prosesin necə inkişaf edəcəyi və Avropa İttifaqının necə reaksiya verəcəyi hələlik sual altındadır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri