Gürcüstanın Ali Məhkəməsi ilə Anlaşma Memorandumu
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sentyabrın 30-da ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.
Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin məhkəmə sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.
Görüşdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində fəaliyyəti diqqətə çatdırılıb.
Müzakirələr zamanı məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqi və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkənin Ali məhkəmələri arasında əlaqələrin inkişafına önəm verildiyini və qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.
Görüşün sonunda Azərbaycanın Ali Məhkəməsi ilə Gürcüstan Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə, hakimlərin və məhkəmə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, habelə iki ölkənin Ali məhkəmələri arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Oktyabr 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















