Gürcüstanın anti qərb hərəkatı partiyaya çevrilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanda fəaliyyət göstərən “Vahid Neytral Gürcüstan” ictimai hərəkatı siyasi partiya kimi formalaşdığını elan edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bu qərar Gürcüstana presedenti olmayan təzyiqlərin və müxalifətin dövlət əleyhinə fəaliyyəti fonunda qəbul edilib.
“Partiyanın təsis qurultayı yaxın vaxtlarda keçiriləcək və biz parlament seçkilərinə hazırlıqlara başlayacağıq”, - bəyanatda deyilir.
Hərəkat hesab edir ki, Gürcüstan neytral status elan etməli, mənəvi, siyasi və iqtisadi cəhətdən tənəzzülə uğramış Avropa İttifaqına qoşulmaqdan imtina etməlidir.
Qeyd edək ki, “Vahid Neytral Gürcüstan” ictimai hərəkatı ötən ilin iyulunda yaradılıb. Təşkilat hökumətyönlülüyü və anti-qərb mövqeyi ilə tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















