Icma.az
close
up
RU
Bu, Azərbaycan və Gürcüstanın qarşılıqlı maraqlarına xidmət edir Deputat

Bu, Azərbaycan və Gürcüstanın qarşılıqlı maraqlarına xidmət edir Deputat

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yanvarın 17-də Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə Cənubi Qafqazda güclü strateji tərəfdaşlıq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair geniş müzakirə aparıldı. Əməkdaşlıq çərçivəsində bu dövlətlər siyasi-iqtisadi, həmçinin energetika sahələrində əhəmiyyətli nailiyyətlərə imza atmış və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında mövcud olan güclü və uzunmüddətli münasibətlər bu dövlətlərin regional və beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

"İki ölkə liderlərinin yanvarın 17-də mətbuata bəyanatları həmin dövlətlərin qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq və əməkdaşlığının növbəti mərhələyə qədəm qoyduğunu bir daha göstərir. Bu görüş və bəyanatlar dövlətlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayan bir nümunədir. Yaxın siyasi əlaqələr Azərbaycan və Gürcüstanın qarşılıqlı maraqlarına xidmət edir.

Prezident İlham Əliyev iki dövlət arasında enerji sahəsindəki əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirdi. Azərbaycan Gürcüstan vasitəsilə 11 ölkəyə təbii qaz ixrac edir və bu ixracın artımı gələcəkdə daha da genişlənəcək. Bundan başqa, yaşıl enerji sahəsində də birgə layihələr həyata keçirilməkdədir. Bu amillər iki ölkənin gələcəkdəki enerji təhlükəsizliyinə və ekoloji məqsədlərinə xidmət edir. Yaşıl enerji layihələrinin uğurla icrası regional əməkdaşlığın daha da artmasına səbəb olacaq.

İrakli Kobaxidzenin səfəri Azərbaycan və Gürcüstanın gələcəkdə daha yaxın və məhsuldar əməkdaşlıq qurmaq üçün hazırlıqlı olduqlarını göstərdi. Hər iki dövlətin qarşılıqlı fəaliyyətinin növbəti mərhələsində güclü ticarət əlaqələri, səmərəli enerji siyasəti və geniş nəqliyyat layihələri mütəmadi olaraq müzakirə olunacaq. Prezident İlham Əliyev Gürcüstanın regional sabitliyə və inkişafına böyük töhfə verdiyini qeyd etdi və bu əməkdaşlığın yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün müsbət nəticələr verəcəyini vurğuladı.

Nəticə olaraq, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq yalnız ikitərəfli əməkdaşlığı deyil, həm də geniş region və beynəlxalq münasibətləri təsir edən mühüm bir faktordur. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək və regional sabitlik, təhlükəsizlik və iqtisadi tərəqqi baxımından əhəmiyyətini artıracaq". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri