Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Gürcüstanın çar nəslindən olan birinci xanımı İki dəfə ərə gedən Tamar Baqrationi

Gürcüstanın çar nəslindən olan birinci xanımı İki dəfə ərə gedən Tamar Baqrationi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onlar dövlət başçılarının həyat yoldaşları kimi tanınsalar da, bir çoxalrı zamanla bu çərçivəni aşaraq sosial və humanitar layihələrin təşəbbüskarı, ictimai diplomatiyanın mühüm simasına çevriliblər.
Başqa sözlə, birinci xanımlar təkcə rəsmi mərasimlərin iştirakçısı deyil, həm də cəmiyyətin sosial, mədəni və humanitar həyatında fəal rol oynayan ictimai fiqurlardır. Onların fəaliyyəti ölkənin beynəlxalq imicinə təsir göstərir, ictimai problemlərin həllinə diqqət çəkir.
Modern.az saytı “Birinci ledilər” rubrikasında Gürcüstan prezidenti Mixail Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi-Kavelaşvili haqqında yazını təqdim edir.
Gürcüstanın hazırkı prezidentinin andiçmə mərasimi 29 dekabr 2024-cü il tarixində baş tutub. Tamar Baqrationi də elə həmin tarixdən etibarən birinci xanım statusuna malik olub.
Mixail Kavelaşvili prezident seçilməzdən əvvəl futbolçu və deputat kimi tanınıb. O, Gürcüstanın milli futbol komandasının keçmiş hücumçusu olub.


2016-cı ildə siyasətə qoşulan M.Kavelaşvili Gürcüstan parlamentinin 9-cu və 10-cu çağırışlarının deputatı seçilib olub.
Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub. Onun uğurlu futbol karyerası 1990-cı ildə başlayıb: 1988-ci ildən 1995-ci ilə qədər o, Tbilisi "Dinamo"sunda, 1994-cü ildən 1995-ci ilə qədər "Alaniya-Vladikavkaz"da və 1995-ci ildən 1997-ci ilə qədər "Mançester Siti" komandalarında oynayıb.  Kavelaşvili Gürcüstan milli komandasında 46 oyun keçirib.

M.Kavelaşvili 1989-cu ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, lakin ikinci kursdan sonra təhsilini yarımçıq qoyub və diplom ala bilməyib. Bu məlumat 2015-ci ildə onun Gürcüstan Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürməyə çalışarkən məlum olub. Həmin vaxt ali təhsilini təsdiq edən heç bir sənədi olmadığı üçün Kavelaşvili Gürcüstan Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürə bilməyib.

Gürcüstanın birinci xanımı Tamar Baqrationi-Kavelaşvili zadəgan nəslindəndir.

Onun ailəsi VIII çar Georginin nəslinin Baqrationi sülaləsinin kiçik qoluna mənsubdur.


Gürcüstan prezidenti Mixail Kavelaşvili və Tamar Baqrationinin üç övladı var: 1996-cı il təvəllüdlü Mariam (o, Böyük Britaniyanın Mançester şəhərində anadan olub); 2001-ci il təvəllüdlü Quram (İsveçrənin Sürix şəhərində anadan olub); və 2013-cü il təvəllüdlü Elizabet (Tbilisidə anadan olub).

Bu, Tamar Baqrationinin ikinci evliliyidir. Onun əvvəlki ərindən Giorgi İvanişvili adlı bir oğlu da var. Tamar Baqrationi ilk dəfə siyasətçi Nikoloz İvanişvilinin qardaşı Biçi İvanişvili ilə evlənib, lakin vu evlilik uzun sürməub. Biçi İvanişvili vəfat edib.
Haqqında yayılan xəbərlərinə görə, Tamar Baqrationi ilk övladını erkən yaşda dünyaya gətirib - 18 yaşında. 1989-cu ildə Tbilisidə anadan olan həmin oğlan - Giorgi İvanişvili indi futbolçudur. O, Gürcüstanın gənclər komandasının keçmiş üzvüdür. G.İvanişvili son illərdə “Çixura” komandasında oynayır.
Tamar Baqrationi məşhur gürcü müğənnisi Liza Baqrationinin bacısı kimi də tanınır.

Tamar Baqrationi də Mixail Kavelaşvili kimi 1971-ci ildə anadan olub. Amma o, ərindən iki ay böyükdür.

Gürcüstan mediasının yazdığına görə, Tamar Baqrationi nadir hallarda ictimai tədbirlərdə və ya sosial mediada görünür, 
Ailə üzvləri və dostları Tamar Baqrationini öz aralarında Tau adlandırırlar.
29 dekabr 2024-cü il tarixindən etibarən Gürcüstanın birinci ledisi statusunu daşıması Tamar Baqrationiyə ölkənin ictimai-mədəni məkanında rəsmi təmsilçi rolu qazandırıb.
O, ailə, mədəniyyət və humanitar dəyərlər sahəsində fəal iştirakı ilə seçilir.


Qeyd edilməlidir ki, birinci ledilər adətən ölkənin diplomatik, sosial və humanitar tədbirlərdə təmsilçisi funksiyasını yerinə yetirir və bu, Tamar Baqrationi üçün də keçərlidir.

Tamar Baqrationi Gürcüstanın dövlət başçısı ilə bərabər həm diplomatik, həm də mədəni səfərlərdə iştirak edir:

Məsələn, Türkiyəyə rəsmi səfər zamanı o, birinci xanım Əminə Ərdoğanla görüşərək “Qlobal sıfır tullantı yaxşı niyyət Bəyannaməsi”nə dəstəyini ifadə edib və bu təşəbbüsə imza atıb.

Sərbəst diplomatik görüşlər çərçivəsində o, beynəlxalq mədəniyyət və ailə dəyərləri mövzularında fikir mübadiləsi aparıb.
Digər rəsmi tədbirlərdə, məsələn Xorvatiya birinci ledisini Tbilisidə qəbul etmək kimi mədəni tədbirlərdə də birinci xanım kimi ölkəni təmsil edib.

Birinci ledi olaraq Tamar Baqrationi mədəniyyət və təhsil sahəsində qarşılıqlı əlaqələri dəstəkləyir, qlobal və regional layihələrə diqqət göstərir (məsələn, ətraf mühitin qorunması və s.).

Tamar Baqrationi çıxışlarında ailə dəyərlərinin önəmini vurğulayır və bu dəyərlərin mədəni-ictimai müstəvidə genişləndirilməsi üçün dəstək ifadə edir.

O, həm də ölkəsinin mədəni səfiri kimi çıxış edir.

Mixail Kavelaşvili böyük qızı Mariamla...

Tamar Baqrationinin birinci evlilikdən doğulan oğlu Georgi İvanişvili.

Kavelaşvili ailəsi...

Çar nəslindən olan birinci xanım Tamar Baqrationi...
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri