Icma.az
close
up
RU
Gürcüstanın sürükləndiyi GEOSİYASİ AVANTÜRALAR

Gürcüstanın sürükləndiyi GEOSİYASİ AVANTÜRALAR

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanda müxalifət yenə də qondarma bir şəkildə təşkilatlanmaqdadır və Qərb kompaniyalarının da iştirak etdiyi etirazların, nümayişlərin nədən xəbər verdiyi artıq çoxdandır ki, bəllidir. Bəlli olan odur ki, Qərb israrlı şəkildə Gürcüstanı özünün geosiyasi avantüralarına sürükləmək niyyətindədir və həmin ölkənin müxalifəti də məhz “Qərbin dəyirmanına su tökmək” üçün bütün mümkün fəaliyyəti məqbul hesab edir.

Qərbin marioneti kimi çıxış etmək yox, ölkənin milli maraqları barədə düşünmək gərəkir

Sözsüz ki, Gürcüstan müxalifəti ölkənin guya təcrid olunduğunu və buna görə də gözləntilərin acınacaqlı ola biləcəyini göstərməyə çalışır. Həmçinin, ölkə iqtisadiyyatının inkişafdan qaldığı, əhalinin işsizlik və yoxsulluq səviyyəsinin artmaqda olduğu təsəvvürünü formalaşdırmaq üçün də müxalifət “əlindən gələni” edir. Gürcüstan müxalifətçiləri öz etiraz aksiyaları ilə küçələri belə bağlamaqdan çəkinmirlər və buna görə narazı olan vətəndaşların narazılıqlarını da hesaba almırlar. Əslində, bütün bunlar onu göstərir ki, məqsədləri ancaq Qərbə “xoş gəlmək” və özlərinin “sadiq” olduqlarını nümayiş etdirməkdir. Bununla belə, onlar ölkənin geosiyasi avantüralara sürükləndiyini belə nəzərə almaq niyyətində də görünmürlər. Əks halda, qonşu ölkənin müvafiq şəkildə həmin avantüralara sürüklənəcəyindən ən azından gürcü müxaligətçilər ehtiyat edərdilər.

Keçmiş prezident Salome Zurabişvili özünün X sosial şəbəkəsindəki paylaşımında ölkənin məhz Qərbin avantürasına sürükləndirildiyinə “don geyindirməyə” çalışır. O, 2025-ci il 14 yanvar tarixində ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında imzalanan sənəd barədə də nəinki həvəslə qeyd edir, bununla bağlı hətta böyük ümidlərinin olduğunu da gizlətmir. Zurabişvili eyni zamanda ABŞ və Gürcüstan arasında da belə bir tərəfdaşlığın bərpa olunacağına böyük ümidlər bəslədiyini də açıq-aşkar və hətta nümayişkəranə şəkildə bildirir. “Birləşmiş Ştatlar və Ermənistan arasındakı bu strateji tərəfdaşlıq həm regionumuza, həm də onun sabitliyinə və sülh şəraitinə fayda verən tarixi bir addımdır. Yeni seçkilər xalqın iradəsinin həyata keçirilməsini təmin edən zaman Gürcüstan da ABŞ-la strateji tərəfdaşlığını bərpa edəcək”, deyən keçmiş prezident Salome Zurabaşvili Gürcüstanın milli birliyinə qarşı yönəlmiş xarici təsirlərin aşkar “simvolu” kimi çıxış edir. Çünki o, Qərb himayədarlarının “bayrağı altında” çıxış edərək, “dəyişiklik” adı ilə ölkəyə kənardan gələn ssenariləri məqbul hesab edir və hətta arzulayır da. Bununla ölkəsini, Gürcüstanı yeni gərginlik ocağına çevirmək istəyən Qərbin geosiyasi avantüralarını belə nəzərə də almaq istəmir. Çünki onun “missiyası” milli maraqlardan çıxış etməkdən yox, Qərbin geosiyasi oyununun tələblərinə xidmət etməkdən ibarətdir və bu səbəbdən də Zurabişvili məhz Tbilisinin deyil, Vaşinqtonun dili ilə danışır, erkən seçkilər, sanksiyalar tələbləri ilə, sərt anti-Rusiya ritorikası ilə Gürcüstanın milli suverenliyini təhdid edən yolu tutur. Təəssüf ki, bu “yolun”, daha dəqiq desək, geosiyasi avantüraların Gürcüstanı hansı fəlakətlərə sürüklədiyi barədə düşünmək belə istəmir, amma həqiqətən də düşünməyə dəyər və onu diplomat kimi yetişdirən Fransanın, Qərbin marioneti kimi çıxış etmək yox, ölkəsinin milli maraqları barədə düşünmək gərəkir. Ümumiyyətlə, bütövlükdə gürcü müxalifətçilər üçün də ölkələrinin suverenliyi, müstəqilliyi, milli maraqları ön planda durmalıdır ki, geosiyasi avantüralara sürüklənməsinlər. Təəssüf ki, bunun əksini müşahidə edirik...

Demokratiya şüarlarının arxasında duran məqsəd, başqalarının maraqları üçün Gürcüstanı münaqişəyə sürükləməkdir

Suverenlik sadəcə bir anlayış deyil və ilk növbədə milli kimlik, eləcə də dövlətçiliyin bel sütunudur və bunu gürcülər çox yaxşı bilməlidirlər, bilirlər də. Əks halda, hər addımlarında bunu dünyaya sübut etməzdilər. Gürcü xalqının məhz manipulyasiyalara və təzyiqlərə baxmayaraq, xarici qüvvələrin iradəsini qəbul etmədiyinin bütün dünya ictimaiyyəti şahididir və dünya xalqları dəfələrlə əmin olublar ki, bu ölkə müstəqilliyini heç bir geosiyasi oyun üçün qurban verməyəcəyini qəti şəkildə nümayiş etdirməkdədir. Göz önündə olan odur ki, təzyiqlərin, iqtisadi sanksiyaların, dezinformasiya kampaniyalarının heç biri gürcü xalqının iradəsini sarsıda bilmir və bu xalq öz suverenliyini qorumaq üçün mübarizə aparmaqdadır. Bax elə bu mübarizə onu deməyə əsas verir ki, Gürcüstan yad ünsürlərin, xüsusən də Qərbin “döyüş meydanı” olmayacaq.

Doğrudur, gürcülər əzmlə mübarizə aparmaqdadırlar, amma bunun fonunda hansısa qüvvələrin, xüsusən də Qərbin Gürcüstanı geosiyasi avantüralara sürüklədiyi də təkzib edilə bilməz. Qərb məhz Gürcüstanı öz oyunlarının, avantüralarının alətinə çevirmək istəyini heç gizlətmir də. Ənənəvi olaraq, yenə də Qərb məhz demokratiya, söz azadlığı kimi ali dəyərləri alət edərək, Gürcüstanın daxili işlərinə müdaxilə etmək üçün xüsusi planlar qurur və geosiyasi avantüralarının arxasında da təzyiq, müstəqilliyi sarsıtmaq kimi təhlükəli və çirkin niyyətlər dayanır. “ABŞ-ın "gizli dövlət" strukturları və onların regiondakı müttəfiqləri Gürcüstanı öz qlobal strategiyalarına uyğunlaşdırmaq istəyirlər. Qərbpərəst müxalifət və onların sıralarında ən səs-küylü şəkildə fəaliyyət göstərənlər bu siyasətin yerli icraçılarına çevriliblər. Bu, Gürcüstanın daxili sabitliyinə zərbə vurmaq məqsədini güdən genişmiqyaslı bir planın parçasıdır”, deyən baş nazir İrakli Kobaxidze əsl “mənzərəni” təsvir edib və əsl həqiqətin də elə məhz bundan ibarət olduğunu haqlı olaraq bildirib. Bildirib ki, Qərbin məqsədi heç də demokratiya deyil, məqsəd ölkəni arzuolunmaz duruma sürükləməkdir. “Gürcü xalqı bilməlidir ki, demokratiya şüarlarının arxasında duran məqsəd, başqalarının maraqları üçün Gürcüstanı münaqişəyə sürükləməkdir”, deyə bəyan edən Gürcüstanın baş naziri Kobaxidze tamamilə haqlıdır...

Gürcüstan seçim qarşısındadır və ən məsuliyyətli, ən doğru qərar verilməsi zərurəti ilə üz-üzədir

Gürcülər çox yaxşı başa düşürlər ki, Azərbaycanla və Türkiyə ilə qarşılıqlı faydalı münasibətləri daha da inkişaf etdirmək onlar üçün daha faydalıdır və bu ən doğru qərardır. Amma Gürcüstan müxalifəti Qərbin və rejimin İrəvan avantüralarında iştirak etməyi israrla “təklif” edir. Hətta ölkənin həmin avantüralara sürüklənməsi üçün əlindən gələni də edir. Məsələ burasındadır ki, gürcülər bu iki məqam arasındakı fərqi çox yaxşı başa düşürlər. Başa düşürlər ki, ölkəmiz Azərbaycanla və qardaş ölkə olan Türkiyə ilə münasibətlərini bacardıqca inkişaf etdirməyi hansısa oyunlara alət olmaqla, Qərbin geosiyasi avantüralarına ölkənin sürüklənməsi ilə müqaisə belə etmək olmaz. Sözsüz ki, hansı yolun Gürcüstanın və gürcü xalqının maraqlarına uyğun olduğu gün kimi aydındır. O da aydındır ki, Ermənistan üçün Gürcüstan ərazisindən logistik əlaqə olmadığı halda ABŞ-la “strateji tərəfdaşlıq” haqqında bütün sazişlər və “Avropa inteqrasiyası” planları öz mənasını itirir və məhz gürcülər ilk növbədə bunun fərqində olmalıdırlar.

Diqqətə çatdıraq ki, revanşist müharibəyə başlamaq məqsədi ilə Gürcüstan ərazisindən keçməklə “strateji hərbi dəhliz” yaratmaq kimi sərsəm planlar da axmaqlıqdan başqa bir şey deyil, amma bununla belə geosiyasi avantüraların bir parçasıdır. Gürcülər bilməlidirlər ki, həmin sərsəm planlar və geosiyasi avantüralar erməni xalqı üçün acınacaqlı və faciəvi sonluq vəd etməklə yanaşı, heç Gürcüstan üçün də qəbul edilən deyil. Bilməlidirlər ki, belə sərsəm planlara və geosiyasi oyunlara haylar alət olmağı qəbul etdikləri zaman Qərb müttəfiqləri onların faciələrinə ancaq tamaşa edəcəkləri, heç bir kömək edə bilməyəcəkləri kimi, gürcülərin də doğru olmaya bilən seçimlərinin vəd etdiyi arzuolunmaz nəticələri də Qərb sadəcə deyd edəcək. Ən azından, gürcülər üçün ukraynalıların qarşılaşdıqları faciələr bir dərs olmalıdır. Əslində, Qərbin geosiyasi avantüralarının əsiri olmaq ukraynalılara necə baha başa gəldiyi çoxları üçün bir təcrübədir və böyük bir “dərs” kimi yadda qalmalıdır. Hər halda gürcülərin yaddaşını təzələmək tamamilə yerinə düşür və ümid edirik ki, öz müstəqilliklərini, suverenliklərini hər şeydən üstün tutmaqda davam etmək ən doğru yol olaraq qəbul edilməlidir. Bununla belə, Qərbin geosiyasi avantüralarına da ölkəni sürükləmək istəyənləri olduğu təkzib edilə bilməz. Yəqin ki, gürcülərin alət olmağı deyil, yenə də suverenliyi, müstəqilliyi, milli maraqları üstün tutacaqlarına ümid daha böyükdür. Amma hər iki variantın olması onu deməyə əsas verir ki, Gürcüstan seçim qarşısındadır və ən məsuliyyətli, ən doğru qərar verilməsi zərurəti ilə üz-üzədir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri