Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

Sülhün geosiyasi dəyəri

Sülhün geosiyasi dəyəri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Qafqaz uzun müddət postsovet məkanının ən kövrək təhlükəsizlik arxitekturalarından biri kimi çıxış edib. Münaqişə riskləri, bloklanmış kommunikasiyalar və qarşılıqlı etimadsızlıq regionu həm iqtisadi inteqrasiya imkanlarından, həm də kollektiv təhlükəsizlik mexanizmlərindən kənarda saxlayıb. Bu kontekstdə NATO-nun Cənubi Qafqaz üzrə Ofisinin rəhbəri Aleksandr Vinnikovun “Azərbaycan və Ermənistan arasında sülh regional təhlükəsizliyi gücləndirəcək” fikri dəyişən geosiyasi reallıqların analitik ifadəsidir. NATO-nun normallaşma prosesini açıq şəkildə dəstəkləməsi regionun artıq qlobal təhlükəsizlik gündəminin aktiv subyekti kimi qəbul edildiyini göstərir.

Prosesin mahiyyətini daha dərindən anlamaq üçün üç əsas siyasi-analitik sual aktuallaşır. Əvvəlcə cavablandırmaq lazımdır ki, NATO-nun normallaşma prosesinə verdiyi dəstək hansı geosiyasi maraqlarla izah olunur? Alyansın Azərbaycan–Ermənistan normallaşma prosesinə münasibəti formal olaraq neytral müşahidəçi və dolayı dəstəkçi statusu ilə xarakterizə olunur. Lakin beynəlxalq münasibətlər nəzəriyyəsi prizmasından yanaşdıqda, bu mövqe klassik neytrallıqdan daha çox strateji risklərin idarə olunması və təhlükəsizlik məkanının genişləndirilməsi məntiqinə söykənir. NATO üçün Cənubi Qafqaz Avro–Atlantik təhlükəsizlik sisteminin periferiyasında yerləşən, lakin onun dayanıqlılığına birbaşa təsir edən kritik geosiyasi qovşaqdır.

Birinci fundamental amil regionun geostrateji mövqeyidir. Cənubi Qafqaz Qara dəniz hövzəsini Xəzər və Mərkəzi Asiya enerji məkanına, oradan isə Yaxın Şərq və Cənubi Asiya bazarlarına bağlayan tranzit ox rolunu oynayır. Enerji kəmərləri, nəqliyyat dəhlizləri və rəqəmsal infrastruktur xətləri məhz bu məkandan keçir. Belə bir infrastrukturun təhlükəsizliyi NATO üzvü olan Avropa ölkələrinin enerji şaxələndirmə strategiyalarının əsas dayaqlarından biridir. İkinci mühüm aspekt təhlükəsizlik boşluğu fenomenidir. Siyasi qeyri-sabitlik olan regionlar adətən qeyri-dövlət aktorlarının, radikal şəbəkələrin, transmilli cinayətkarlığın və böyük güclərin proksi rəqabətinin aktivləşdiyi məkana çevrilir. NATO-nun təhlükəsizlik doktrinasında bu cür “boşluqların” yaranması birbaşa risk mənbəyi kimi qiymətləndirilir. Cənubi Qafqazda uzunmüddətli münaqişənin davam etməsi bu boşluğun institusionallaşmasına gətirib çıxara bilərdi. Normallaşma prosesi isə həmin boşluğu tədricən dolduraraq idarə olunan və proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinə keçidi təmin edir. Üçüncü amil böyük güclər balansı kontekstidir. Cənubi Qafqaz tarixən Rusiya, Türkiyə, İran və son illər artan şəkildə Çin maraqlarının kəsişdiyi məkan olub. NATO-nun regionda birbaşa hərbi iştirakdan çəkinməsi balanslı strategiya olsa da, normallaşma prosesini dəstəkləməklə Alyans dolayı yolla regional güc konfiqurasiyasının kəskin şəkildə birtərəfli dominanta çevrilməsinin qarşısını almağa çalışır. Burada məqsəd konfrontasiyanı dərinləşdirmək deyil, çoxqütblü balansın sabit çərçivədə saxlanılmasıdır. Sülh mühiti regional aktorların daha müstəqil manevr imkanlarını artırır və xarici təsir alətlərinin manipulyasiya potensialını zəiflədir. Aleksandr Vinnikovun “biz birbaşa iştirakçı deyilik” ifadəsi NATO-nun institusional legitimlik və beynəlxalq hüquqi neytrallıq xəttini qorumaq strategiyasına uyğundur. Alyans açıq vasitəçi statusu götürsəydi, proses avtomatik olaraq geosiyasi bloklaşma müstəvisinə keçə bilərdi. Bunun əvəzinə “müttəfiqlərin səylərini dəstəkləmək” formulu vasitəsilə NATO dolayı təsir modeli tətbiq edir. ABŞ və Avropa İttifaqı üzvlərinin diplomatik təşəbbüsləri, faktiki olaraq, NATO-nun təhlükəsizlik arxitekturasının genişlənmiş stabil perimetri kimi çıxış edir. Dördüncü ölçü Qara dəniz təhlükəsizlik kompleksi ilə əlaqəlidir. Ukrayna müharibəsindən sonra Qara dəniz regionu NATO üçün prioritet təhlükəsizlik xəttinə çevrilib. Cənubi Qafqazda qeyri-sabitlik bu təhlükəsizlik kompleksinə dolayı təzyiq yaradır və logistik, hərbi-mobil və enerji marşrutlarının təhlükəsizliyini zəiflədir.

Nəhayət, beşinci amil liberal təhlükəsizlik yanaşmasıdır. NATO həm də institusional qaydalara əsaslanan təhlükəsizlik icmasıdır. Sülh sazişinin imzalanması, ratifikasiyası və icrası regional davranış normalarını beynəlxalq hüquq çərçivəsinə yaxınlaşdırır. Bütün bunlar isə uzunmüddətli perspektivdə konfliktlərin siyasi-institusional mexanizmlərlə həllini təşviq edir və NATO-nun normativ təsir imkanlarını gücləndirir.

Bəs Azərbaycan–Ermənistan sülhü regional təhlükəsizlik arxitekturasını konkret olaraq necə dəyişə bilər? Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında struktur xarakterli transformasiya yarada bilər. Politoloji baxımdan bu proses üç əsas ölçüdə – hərbi-strateji, geoiqtisadi və normativ-institusional səviyyələrdə özünü göstərə bilər. Birinci səviyyə hərbi-strateji balansın yenidən konfiqurasiyasıdır. Uzun müddət davam edən qarşıdurma klassik “təhlükəsizlik dilemması”nı dərinləşdirmişdi: tərəflər öz müdafiə potensialını gücləndirdikcə, bu addımlar qarşı tərəfdən hücum hazırlığı kimi qəbul olunur, nəticədə silahlanma spiralı formalaşırdı. İkinci səviyyə geoiqtisadi təhlükəsizlik modelinin formalaşmasıdır. Kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması Cənubi Qafqazı qapalı və fraqmentasiya olunmuş təhlükəsizlik mühitindən tranzit və qarşılıqlı asılılıq üzərində qurulan təhlükəsizlik modelinə keçirir. Üçüncü səviyyə normativ və institusional təhlükəsizlik mühitinin təşəkkülüdür. Sülh sazişinin ratifikasiyası və icrası beynəlxalq hüququn – sərhədlərin toxunulmazlığı, suverenlik, müqavilə öhdəliklərinə sadiqlik kimi prinsiplərin regional davranış modelinə çevrilməsinə imkan yaradır. Belə transformasiya regionu “postmünaqişə zonası”ndan “institusional əməkdaşlıq məkanı”na keçirir və xarici aktorların təsir imkanlarını daha şəffaf və proqnozlaşdırıla bilən çərçivəyə salır.

Dördüncü mühüm ölçü regional təhlükəsizlik kompleksinin yenidən dizaynıdır. Azərbaycan–Ermənistan sülhü Cənubi Qafqazın təhlükəsizlik kompleksini qarşıdurmayönümlü modeldən əməkdaşlıqyönümlü modelə transformasiya edə bilər. Beşinci aspekt siyasi diskursun transformasiyasıdır. Münaqişə dövründə siyasi legitimlik əsasən təhlükə narrativləri üzərində qurulurdu. Sülh prosesi isə daxili siyasi gündəmi iqtisadi inkişaf, regional inteqrasiya və institusional modernləşmə istiqamətinə yönəldə bilər.

***

Azərbaycanın NATO ilə tərəfdaşlığı sülh prosesində hansı strateji üstünlüklər yaradır? NATO-nun Cənubi Qafqaz üzrə Ofisinin rəhbəri Aleksandr Vinnikovun Azərbaycanı Alyansın “ən fəal tərəfdaşlarından biri” kimi xarakterizə etməsi ölkəmizin regional təhlükəsizlik arxitekturasında funksional aktora çevrildiyinin institusional təsdiqidir. Burada birinci strateji üstünlük institusional uyğunlaşma və əməliyyat qabiliyyətinin yüksəlməsidir. NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan müdafiə planlaşdırılması, fövqəladə hallar üzrə koordinasiya, sərhəd təhlükəsizliyi sahələrində institusional bilik və texniki standartlar əldə edib. Sülhün davamlılığı üçün əsas şərtlərdən biri idarəolunan risk mühiti və çevik təhlükəsizlik institutlarının mövcudluğudur. İkinci üstünlük beynəlxalq legitimlik və normativ etibarlılıq kapitalıdır. NATO ilə intensiv əməkdaşlıq Azərbaycanın təhlükəsizlik siyasətinin beynəlxalq standartlara uyğunluğunu nümayiş etdirir və regional təşəbbüslərə əlavə siyasi çəkidarlıq qazandırır.

Üçüncü strateji üstünlük geosiyasi balans və çoxvektorlu manevr imkanlarıdır. Azərbaycan xarici siyasətində balanslaşdırılmış çoxvektorlu xətti qoruyaraq həm regional güclərlə, həm də Qərb təhlükəsizlik platformaları ilə paralel əməkdaşlıq modelini saxlayır. NATO ilə tərəfdaşlıq bu balansın Qərb komponentini institusional çərçivəyə salır və Azərbaycanın geosiyasi çevikliyini artırır. Belə bir model nə bloklaşma siyasətinə, nə də təhlükəsizlik asılılığına gətirib çıxarır; əksinə, dövlətə strateji muxtariyyət qazandırır. Sülh prosesi kontekstində bu balans mexanizmi Azərbaycanın regional təşəbbüslərinin legitimliyini gücləndirir və sülhün yalnız diplomatik razılaşma kimi deyil, real təhlükəsizlik zəmanətləri ilə dəstəklənməsinə imkan yaradır.

Dördüncü mühüm ölçü təhlükəsizlik ixracı və regional liderlik potensialıdır. NATO ilə əməkdaşlıq nəticəsində formalaşan institusional bacarıqlar Azərbaycanın regional layihələrdə təhlükəsizlik təminatçısı rolunu gücləndirir. Beşinci aspekt siyasi-diplomatik kapitalın artmasıdır. NATO ilə tərəfdaşlıq Azərbaycanın beynəlxalq platformalarda danışıq mövqeyini gücləndirir və ölkəni regional dialoqlar üçün etibarlı tərəfdaş kimi təqdim edir.

Son olaraq qeyd edək ki, NATO-nun Azərbaycan–Ermənistan normallaşmasını açıq şəkildə dəstəkləməsi Cənubi Qafqazın artıq Avro–Atlantik təhlükəsizlik məkanına toxunan strateji region kimi qəbul edildiyini göstərir. Əgər sülh sazişi ardıcıl şəkildə icra olunarsa, Cənubi Qafqaz risk istehsal edən məkandan təhlükəsizlik və əlaqəlilik ixrac edən geosiyasi platformaya çevrilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see280

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see274

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see266

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see237

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see230

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see229

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see225

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see225

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see220

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see219

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see216

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see211

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see206

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see206

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see204

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see203

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see191

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see183

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see178

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri