Gürcüstanın XİN rəhbəri: Azərbaycan bizim ən böyük beş iqtisadi tərəfdaşımız sırasındadır AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 yanvar, AZƏRTAC
Ölkələrimiz arasında çox nümunəvi əlaqələr var. Azərbaycan Gürcüstanın ən böyük beş iqtisadi tərəfdaşı sırasındadır. Biz birlikdə mühüm və böyük layihələr icra edirik. Bunlar təkcə bizim üçün yox, region üçün də əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
O bildirib ki, Qara dənizin dibi ilə başqa ölkələrə enerjinin çatdırılması da vacib layihələrdən biridir.
“Regionumuzun potensialından daha yaxşı istifadə etmək üçün çalışırıq. Bu potensialı daha çox nümayiş etdirmək üçün sülh vacibdir”, - deyə gürcü nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















