Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Güvən indeksi ciddi dəyər itirən molla rejimi İran prezidentini kimlər və niyə hədələyirlər?

Güvən indeksi ciddi dəyər itirən molla rejimi İran prezidentini kimlər və niyə hədələyirlər?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər İranda SEPAH-a bağlı "Telegram" kanalları və bir sıra radikal mollalar yenidən çıxışlarında Azərbaycana qarşı fikirlər səsləndirməyə başlayıblar. Aydın məsələdir ki, son hücumlar mollaları və onların silahlı birləşməsi olan SEPAH-ı yerə vurdu, uzun illər ərzində formalaşdırılmış "toxunulmazlıq mifi"ni darmadağın etdi.

12 günlük münaqişədə atəşkəs razılaşmasının əldə olunması yalnız və yalnız Məsud Pezeşkian və Abbas Əraqçının səyləri ilə mümkün olub. Əminəm ki, bəzi mollalar gizləndikləri bunkerlərdən bu iki şəxsə ardıcıl mesajlar ataraq, "sən Allah, çalış bir şey et" deyə yalvarıblar.

Baş verənlərdən sonra SEPAH və mollaların "güvən indeksi", belə desək, ciddi dəyər itirdi. Əvəzində isə Pezeşkian və Əraqçının "etibar səhmləri" yüksəldi.

Pezeşkianın son Xankəndi səfəri zamanı Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi təmasları, apardığı müzakirələr, görünür, mollalar və "şarjı bitmiş" SEPAH tərəfindən aqressiv qarşılanır. İndi bu qruplar İran Prezidenti Məsud Pezeşkianı açıq şəkildə hədələməyə başlayıb, soydaşlarımızdan Azərbaycan əleyhinə fikirlər toplayaraq onu sosial mediada tirajlamağa çalışırlar.

Məsud Pezeşkian isə İrana geri döndükdən sonra açıq şəkildə bəyan etdi ki, onu bu səfərdən çəkindirməyə çalışıblar. Kim? Əlbəttə ki, mollalar və SEPAH. Çünki birinci şəxslərin təhlükəsizliyinə məhz SEPAH cavabdehdir.

Bütün bunların məqsədi nədir? İran daxilində Azərbaycana qarşı artan simpatiyanı zədələmək.

İran böyük əraziyə malik dövlətdir və əslində oranın daxili vəziyyəti efirlərdən göründüyü kimi deyil. İranda TV-lər rejimin total nəzarəti altındadır və bu səbəbdən onların efirləri hələ də "ağ-qara" qalmaqdadır. Ancaq reallıq isə fərqlidir, daxildə kifayət qədər rəngarənglik və müxtəlif baxışlar mövcuddur.

Son dövrlərdə İran daxilində rejimə qarşı neqativ münasibətin hərarəti artır. Son hadisələr isə bu gərginliyə əlavə təzyiq yaradır. Daxildə iqtisadi vəziyyət heç də ürəkaçan deyil - milli valyuta sürətlə dəyərdən düşür və artıq kağız parçasına çevrilməkdədir. 100 ABŞ dollarını İran rialına çevirdikdə əldə olunan məbləği gəzdirmək üçün pulqabı yox, pul kisəsi lazım olur.

Əlavə olaraq, ölkədə enerji ilə bağlı ciddi problemlər yaşanır. Günün müəyyən saatlarında işıqlar sönür, növbəli enerji rejimi tətbiq edilir. Bu isə insanların gündəlik həyatında ciddi diskomfort yaradır.

Aydın məsələdir ki, son olaylardan sonra İran daxilində iqtisadi gərginlik daha da artıb. Pulu dəyərsizləşən, alıcılıq qabiliyyəti azalan, dünya ilə əlaqəsində ciddi filtrlərlə üzləşən cəmiyyət artıq çox yaxşı başa düşür ki, bütün bu vəziyyətin əsas səbəbkarı mollalardır.

Mollalar da anlayırlar ki, onların uzun illər ərzində qurduqları mif artıq dağılıb, sütunlar zədələnib və titrəyir. Bir daha İranda cəmiyyətin ayağa qalxıb küçələrə çıxması baş verərsə, bu dəfə onun qarşısında dayanmaq mümkün olmayacaq.

Biz nə edə bilərik?

Aydın məsələdir ki, Azərbaycanın xarici siyasəti qonşuların daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır. Azərbaycan qonşularında sabitliyin olmasında maraqlıdır. Çünki sərhəddə qeyri-sabitlik nə iqtisadi, nə də siyasi maraqlarımıza cavab verir.

Lakin İran daxilində Azərbaycan əleyhinə yayılan xəbərlərə susmaq, göz yummaq, arxa çevirmək də mümkün deyil. Yalan nə qədər çox yayılarsa, bir müddətdən sonra həqiqət kimi qəbul olunur və sonradan onun dəyişdirilməsi çox çətinləşir.

İran daxilində bəzi media və "Telegram" kanallarında yayılan xəbərlərin əsassız olduğunu məhz fars dilində onların diqqətinə çatdırmaq lazımdır.

Azərbaycan İranda sabitliyin qorunmasında maraqlıdır,lakin bu, o demək deyil ki, biz susaraq, birtərəfli və təhrif olunmuş məlumatlarla Azərbaycanı "ağ-qara" formada təqdim edənlərə göz yummalıyıq. İndi bizim cəmiyyət açıq, rəngarəng və öz gücünə inanan bir cəmiyyətdir. Kimsə bizim soydaşlarımızı bizdən incitmək, araya məsafə salmaq, süni qarşıdurma yaratmaq istəyirsə, bu cəhdlərə qarşı qətiyyətlə, aydın və sərt şəkildə cavab verilməlidir.

Aqil Vəlili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see246

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see195

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see163

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri