Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Güzəştsiz milli mövqe Yeni Gündəm

Güzəştsiz milli mövqe Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibə və çıxışlarını bir kəlmə ilə xarakterizə etmiş olsaq, bunu belə adlandırmaq olar: güzəştsiz milli mövqe! Onun noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışı və son iki müsahibəsi – dekabrın 18-də Kiselyova verdiyi müsahibə, dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsi zamanı sərgilədiyi qətiyyət dövlət başçısının Azərbaycanın mövqeyini və maraqlarını prinsipiallıqla müdafiə etməsinin bariz nümunəsidir.

İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Çıxışları hər zaman, sülhə, barışığa dəvət çağırışları ilə zəngindir. Bunu sübut etmək üçün elə son il Azərbaycanın ev sahibliyi etdiyi və böyük çətinliklər, təhdidlər qarşısında uğurla reallaşdırdığı COP29 kimi mötəbər tədbiri qeyd eləmək kifayətdir. Bu, yalnız ölkənin deyil, bəşəriyyətin sabahını düşünməkdən irəli gələn müqtədir addım idi.

Buna baxmayaraq, hər hansı milli təhlükə, təhdid anında Prezident İlham Əliyevin mövqeyi tamam sərt şəkil alır. Qətiyyətli, hökmlü, azad, prinsipial! Hər çıxış və müsahibəsində İlham Əliyev Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnun olduğunu vurğulayır, “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. Hərçənd, dünya belə qətiyyətli, güclü lider obrazını, xüsusilə prinsipial, həm milli maraqları, həm də beynəlxalq dəngələri qoruyan idarəedicini o qədər də asan qəbullana, həzm edə bilmir. Amma olsun, onsuz da başqa yolları yoxdur. İlham Əliyev bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində Azərbaycanın mənafeyini uca tutur və bütün siyasi-ictimai aşamalardan zədəsiz keçirir. Prezidentin bu gün yürütdüyü siyasətin əsasında 44 günlük Vətən  müharibəsindən sonra yaranmış yeni reallıqlar dayanır. Bu reallığı ölkə başçısı özü yaradıb. Və israrlı şəkildə, ölkəsinin milli mənafeyinin, suverenliyin qorunmasında istənilən müdaxilələri minimuma endirməyi bacarır. Bu gün bir çox dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz, bundan zəmin alır. Prezidentin müsahibə və çıxışlarında dönə-dönə  qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan dövlətlərə sərf eləmir: “Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.

Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə heç zaman xalqın fəlakəti ilə ehtikarlıq etməyib. Hətta milli intibah naminə belə millətin taleyi ilə oynamayıb. Şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib. Onun  müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağının əsas qayəsi elə buradan qaynaqlanır. İlham Əliyev göstərir ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə, digər xalqlara, dövlətlərə də rəqib və ya istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-hallarına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Bunu bacarmayanda əxlaq dağıdılıb, prinsiplər pozulub, ləyaqətsiz üsullara haqq qazandırılıb, saysız-hesabsız insan ölümə məhkum edilib. İlham Əliyevin son müsahibə və çıxışlarında ehtiva etdiyi amillər – dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili onun ehtiva etdiyi ən ali dəyər, mənəvi-əxlaqi keyfiyyətlər məcmusu kimi müstəsnadır. Prezident İlham Əliyev bütün cəbhələrdən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərir. Xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Məsələn, elə son faktlardan biri, Prezident İlham Əliyevin təyyarə qəzasından bir neçə gün sonra AZ TV-yə verdiyi müsahibə qəzanın təfərrüatlarının araşdırılması ilə bağlı göstərdiyi prinsipiallıq və dürütlük dediklərimizə sübutdur: “Qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”…

Bu fikirlər həm ümumi müşahidələrin doğru-dəqiq analizi, həm də ölkə maraqlarının, milli mənafenin qorunmasının əməli ifadəsi idi. İlham Əliyevin  dövləti idarəetmə strategiyasında, düşüncə tərzində və siyasi üslubunda bu amil prioritetdir. Onda yüksək bəşərilik yüksək milliliklə vəhdətdə təzahür edir. Həm göstərir ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlığa,  etimada əsaslanan siyasət qurur və inkişaf etdirir. Eyni zamanda, sübut edir ki, heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və  yolundan döndə bilməz. Belə bir diplomatik səriştə, meyarlarına sadiqlik bu gün İlham Əliyevin varislik haqqına tapınaraq ehtiva etdiyi ən böyük dəyər olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir. Gün­dən-gü­nə ye­ni­lə­şən, Qərbdən Şər­qə ge­dən yol­la­rın qov­şa­ğın­da hər gün da­ha da çox mər­kəz, gö­rüş, ün­siy­yət mə­ka­nı ro­lu­nu oy­na­yan, bə­şə­riy­yə­tin ta­le­yi­ni dü­şü­nən ic­ti­mai-si­ya­si, ta­ri­xi-mə­də­ni, qlo­bal, mil­li və mul­ti­kul­tu­ral ide­ya­la­rın, ideo­lo­gi­ya­la­rın, mü­za­ki­rə və tədbir­lə­rin əsl sı­naq mey­da­nı­na çevrilən Azər­bay­ca­nın ob­ra­zı İlham Əliyevin müdrik zəkasında həm də milli mənafenin, ölkə süverenliyi və maraqlarının hər şeydən uca tutulmasının qayəyə çevrilməsi ilə yeni status və nüfuz qazanır.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 06 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri