“Haber Global“ Bakıda təşkil olunan forumdan reportaj hazırladı: “Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Türkiyənin "Haber Global" telekanalında bu gün Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumundan reportaj yayımlanıb.
Moderator.az xəbər verir ki, telekanal tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da qatıldıqlarını xatırladıb.
Bildirilib ki, indiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyarddan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təqribən 18 milyard dollar sərmayə qoyub.
Qeyd olunub ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər.
Telekanal Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın forumda çıxışına da diqqət ayırıb.
"Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən mühüm komponentlərindən biri olan Azərbaycanla bu sahədə əməkdaşlığımızı davam etdiririk", - deyə Türkiyə rəsmisi bildirib.
Daha ətraflı "Haber Global"ın reportajında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















