Haber Global da Türkiyənin cənubunda aşkar edilən 1 500 kilometrlik çat müzakirə edilib
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Haber Global" televiziya kanalında Türkiyənin cənub-şərqindən İran sərhədinə qədər uzanan 1 500 kilometrlik çatın aşkar edilməsi müzakirə edilib.
Oxu.Az xəbər verir ki, verilişin qonağı olan Türkiyənin Kocaeli Universitetinin müəllimi Şerif Barış Türkiyənin cənubunda baş verən bu geoloji proseslərin bölgənin seysmik aktivliyinə təsirini təhlil edib.
"Bu tektonik hərəkətlilik ciddi zəlzələ anonsunu vermir. Aşkar edilən çat yerin dərinliklərində daim hərəkətdə olan və milyonlarla il davam edən geoloji prosesdir", - deyə Şerif Barış vurğulayıb.
Xatırladaq ki, Almaniyanın Göttingen Universitetindən olan beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırma Zaqros dağlarının altında tektonik çatın olduğunu aşkara çıxarıb.
Araşdırmada Türkiyənin cənubunda baş verən bu geoloji hərəkətlərin bölgəyə ciddi təsir göstərə biləcəyi qeyd edilib.
{}
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 11 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















