Icma.az
close
up
RU
“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda yeni müharibə ssenarisi üçün fəal şəkildə PUA axtarışı aparan Ermənistana əlavə hərbi yardım paketini təsdiqləyib.

Bu barədə “Haber Global” telekanalı İrəvanın Cənubi Qafqazda təşviq etdiyi silahlanma yarışında Avropa İttifaqının iştirakını şərh edərkən bildirib.

Telekanal Aİ strukturlarına yaxınlığı ilə tanınan “EU Reporter” nəşrinin analitik məqaləsinə diqqət çəkir. Onun reportyorunun sözlərinə görə, Aİ Ermənistana yeni hərbi yardım layihəsini təsdiqləyib. “Haber Global” Aİ-nin Ermənistana əvvəllər ayırdığı 10 milyon avronu xatırladaraq qeyd edir ki, bu təşəbbüs Parisdən gəlir və Avropa Sülh Fondu (EPF) vasitəsilə İrəvana yardım çərçivəsinin genişləndirilməsini nəzərdə tutur.

Xəbər kanalı qeyd edir ki, Ermənistan EPF vasitəsilə hərbi yardımdan faydalanan 24 ölkə siyahısına daxildir. “Ermənistan tərəfinə gəlincə, onlar İrəvanda artıq Aİ-dən planlaşdırılan üç yardım paketi ilə bağlı gözləntilərini bölüşürlər”, –deyən türk telekanalı “EU Reporter”in qiymətləndirməsinə istinadla bildirir ki, “Ermənistana silah tədarükü Aİ rəsmilərinin Cənubi Qafqazda sülhə töhfə verməyə hazır olduqları barədə bəyanatlarına ziddir və bu, İrəvan ilə Bakı arasında dialoqa zərər verə bilər.

Ola bilər ki, Aİ-dən Ermənistana gətirilən və ya çatdırılması planlaşdırılan silahlar Cənubi Qafqazdan çox-çox uzaqlarda olan döyüş zonasına da düşsün”.

Reportajda əsas diqqət Ermənistanın Qərbin sanksiyalarından yan keçməkdə iştirakına yönəlib.

“Haber Qlobal” digər Qərb nəşri - “Intelligence Online”ın da mövqeyinə istinadla bildirir ki, Ermənistan yeni müharibəyə hazırlaşır. “İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin dərslərini nəzərə alan İrəvan strategiyasını dəyişərək, elektron döyüş texnikası, PUA və hərbi proqram təminatı almağa can atır”, –deyə telekanal “Intelligence Online” nəşrindən sitat gətirir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri