Haber Global: TDT alimləri COP29da təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərin Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Türk dövlətlərindən olan alimlər Bakıya toplaşıblar. Onlar təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, iqlim dəyişikliyi təbii fəlakətlərin sayını artırır: "Qarşıdakı dövrdə bu tendensiya davam edəcək. Odur ki, təbii fəlakətlərin sayının azalması vacibdir. Bu məsələdə mütəxəssislərin öhdəsinə böyük iş düşür".
Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin erkən xəbərdarlıq sisteminin yaradılması üzərində işlər davam edir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Haber Global"a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı qarşılıqlı fikir mübadiləsi və tərəfdaşlıq davam edir.
TDT Baş katibinin köməkçisi Sadi Cəfərov isə söyləyib ki, belə bir mexanizm Türk dünyasının iqlim dəyişiklikləri ilə mübarizəsinə kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















