Habil Vəliyevlə bağlı QƏRAR VERİLDİ
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Turkustan.az apa-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il azaldıb. O, ötən ilin noyabr ayında Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü.
Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Baxış sayı:114
Bu xəbər 06 Oktyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















