Hacı İsmayılov: “Biz inkişaf etməli, irəli getməliyik”
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycanda dövlətin dinə münasibəti müsbətdir və insanların Allaha dua etməsi, dini dəyərlərə bağlılığı cəmiyyətin həyatında mühüm yer tutur.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov deyib.
Onun sözlərinə görə, ölkədə dinə və dini dəyərlərə münasibət məsələsində mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Xalq artisti hesab edir ki, hazırda gündəmə gətirilən kampaniya Azərbaycanın maraqlarına zidd olan müəyyən qüvvələrin məqsədlərinə xidmət edir.
“Dövlətimizin dinə qarşı münasibəti çox gözəldir. Allaha dua hamımızın dilində var. Bizim xalqımızın özünəməxsus dəyərləri, ənənələri var və bunlar hər zaman qorunub saxlanılıb. Ölkəmizlə bağlı baş verən kampaniya isə müəyyən qüvvələrin, Azərbaycanı istəməyən şəxslərin planıdır. Mən hesab edirəm ki, bu məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır”, – deyə Hacı İsmayılov qeyd edib.
Xalq artisti vurğulayıb ki, Azərbaycan cəmiyyəti uzun illər ərzində müxtəlif inkişaf mərhələlərindən keçib və bu gün insanların ictimai həyatda öz yerlərini müəyyənləşdirməsi baxımından xeyli irəliləyiş əldə olunub. Onun fikrincə, cəmiyyət artıq bir çox məsələlərdə öz mövqeyini formalaşdırıb və ayrı-ayrı kampaniyaların bu inkişaf prosesinə ciddi təsir göstərəcəyini düşünmək doğru deyil.
“Biz neçə illər bundan əvvəl çadranı da atmışıq, irəli də getmişik. Cəmiyyətimiz inkişaf edib, insanlar ictimai həyatda öz yerlərini tutublar. Bu gün Azərbaycan cəmiyyətinin öz yolu, öz düşüncəsi var. Ona görə də hesab edirəm ki, bu cür kampaniyalar müvəqqəti xarakter daşıyır və onların ciddi təsiri olmayacaq”, – deyə o bildirib.
Hacı İsmayılovun sözlərinə görə, cəmiyyətin inkişafı və irəliyə doğru hərəkəti ayrı-ayrı müzakirələrdən və kampaniyalardan asılı deyil. Xalq artisti əmindir ki, hazırda müşahidə olunan proseslər də zamanla öz aktuallığını itirəcək və Azərbaycan öz inkişaf yolunu davam etdirəcək.
“Bu, müvəqqəti və təsiri olmayan kampaniyadır, keçib gedəcək, biz irəli gedəcəyik”, – deyə Hacı İsmayılov fikirlərini yekunlaşdırıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 11 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















