Icma.az
close
up
RU
Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Adı Ramiz Mehdiyevin “Dövlət Şurası”nın tərkibində yer alan Milli Şuranın üzvü, eks-deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası sıradan hüquqi prosedur deyil. Bu hadisə illərdir pərdəarxasında müzakirə olunan, lakin açıq şəkildə ifadə olunmayan bir mexanizmi – Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qurduğu köhnə idarəetmə sisteminin siyasi manipulyasiya alətlərini yenidən gündəmə gətirib.

Son aylarda baş verən proseslər açıq şəkildə göstərir ki, Azərbaycan siyasi mühitində sistemli təmizləmə mərhələsi başlayıb. Maraqlı tərəflər bu prosesi siyasiləşdirməyə çalışsa da, gerçəkdə baş verənlər illərlə davam edən xəyanətlərin milli təhlükəsizliyin qorunması məqsədilə gün üzünə çıxarılmasından ibarətdir. Azərbaycan daha öncə də belə xəyanətlərlə üzləşib, lakin xarici qüvvələrin oyunlarında iştirak edənlərin zaman-zaman ölkədən qaçaraq, cəzasızlıq imkanından yararlandığının da şahidi olmuşuq: Qərb ölkələrinə “mühacirət” edir, özlərini “siyasi fəal” kimi qələmə verərək, məsuliyyətdən xilas ola bilirdilər; bu gün Avropa paytaxtlarından Bakıya hücum çəkənlərin əksəriyyəti bu yoldan keçənlərdir.

Ramiz Mehdiyev-AXCP/Milli Şura əlaqələri və xəyanətlərinin ifşası fonunda Gültəkin Hacıbəylinin timsalında günahkarların “qaçış taktikası”na yenə əl atdığını gördük, lakin xarici qüvvələrin oyunlarında iştirak edənlər yeni reallıqla üzləşiblər:

- ölkədən qaçmaq çıxış yolu deyil,

- coğrafi məsafə məsuliyyətdən sığortalamır,

- keçmiş himayədarlıq mexanizmləri toxunulmazlıq yaratmır.

Gültəkin Hacıbəylinin Azərbaycana ekstradisiyası bu reallığın təzahürüdür.

Sistem içindən “radikal müxalifətə”: təsadüf, yoxsa planlı keçid?

Ölkədən qaçmaq Gültəkin Hacıbəyliyə qanundan yayınmaq imkanı vermir. Onu himayədarlıq mexanizmləri də xilas edə bilməyəcək.

Azərbaycanda siyasi prosesləri yaxından izləyənlər üçün sirr deyil ki, Gültəkin Hacıbəyli uzun müddət Ramiz Mehdiyevin çevrəsinə daxil olan, onun etimad göstərdiyi fiqurlardan biri olub. Siyasi arenada tanınmayan bir şəxsin qısa müddətdə önə çəkilməsi Prezident Administrasiyasının sabiq şöbə müdiri Fatma Abdullazadənin və Ramiz Mehdiyevin birbaşa himayəsi ilə baş verib.

Məhz bu “xeyir-dua” ilə o, YAP-dan dəstək alıb, Milli Məclisə deputat seçilib, dövlət resurslarına çıxış əldə edib. Lakin hakimiyyət daxilində ona ayrılan “missiya” başa çatdıqdan sonra tamamilə fərqli rol verilib. Gültəkin Hacıbəyli bu dəfə Cəmil Həsənli xətti ilə “radikal müxalifət düşərgəsinə” transfer edilib. Maraqlıdır ki, bu keçid nə cəmiyyət, nə də müxalifət cameəsi tərəfindən etirazla qarşılanıb. Əksinə, sanki əvvəlcədən razılaşdırılmış ssenari işə düşüb.

“Transfer siyasəti”: Ramiz Mehdiyev məktəbinin klassik modeli

Bu model siyasi cameəyə tanışdır: sistem daxilində yetişdirilən fiqur müəyyən mərhələdə “opponent” obrazına keçir və cəmiyyətə “alternativ”, “mübariz”, “zərərçəkmiş” kimi təqdim olunur.

Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin “transfer siyasəti”nin ən parlaq simalarından olub. Lakin onu digərlərindən fərqləndirən amil qəribə formada “uğurlu” olması idi. Adətən iqtidardan müxalifətə keçən şəxslər sərt reaksiyalarla qarşılaşdığı halda, G.Hacıbəylinin keçidi ağrısız reabilitasiya prosesi ilə müşayiət olundu və populyarlıq qazandı, xüsusilə virtual aləmdə.

- sosial şəbəkələrdə özünə yüz minlərlə izləyici topladı,

- “layk”lar və virtual dəstək yağış kimi üzərinə yağdı,

- “söz azadlığı və demokratiyanın müdafiəçisi” kimi təqdim olundu və s.

Cəmiyyət isə fərqinə varmayıb ki, əslində bu proses hazırda hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ittihamları ilə araşdırılan daha böyük bir mexanizmin tərkib hissəsidir. Gültəkin Hacıbəylini müxalifətə “transfer” edən və “etirazçı” simasını formalaşdıran Ramiz Mehdiyev onu hakimiyyət çevrilişində istifadə etmək üçün bu düşərgədə saxlayırdı. Mehdiyevin məlum 50 nəfərlik “Dövlət Şurası”nda Gültəkin Hacıbəylinin də yer alması bunu təsdiq edir. “Etirazçı” Gültəkin Hacıbəyli hakimiyyət çevrilişi baş tutacağı təqdirdə, Qərb ölkələrinin dəstəyini təmin etmək missiyasını icra etməli idi.

“Xidmətlərin” qarşılığı: imtiyazlar və faktlar

Hər şeyin bir qarşılığı var. Gültəkin Hacıbəyli “böyük siyasi xadim” adlandırdığı Ramiz Mehdiyevin direktivlərini icra etmək qarşılığında külli miqdarda qazanc əldə edib. Artıq təsdiqlənmiş və istintaq materiallarında yer alan məlumatlara görə, Hacıbəyli geniş imtiyazlardan yararlanıb.

- Mütəmadi şəkildə maliyyə ilə təmin edilib,

- Bakı şəhərində mənzillər və torpaq sahələri əldə edib,

- Goranboy rayonunda torpaq sahələri, daş karxanası və digər biznes imkanlarına sahib olub.

O, faktiki olaraq gözəgörünməz bir himayə mexanizmi ilə əhatə olunub. Ramiz Mehdiyevin qurduğu sistemli patronaj bütün qapıları onun üzünə açıb. Hətta Goranboy rayonunun icra başçıları onunla hesablaşmağa məcbur olublar. Məlumatlara görə, bu rayonda icra başçılarının dəyişdirilməsi, yeni kadrların təyin edilməsi prosesində G.Hacıbəylinin rolu olub.

İndi Gültəkin Hacıbəyli üçün cavab vermək zamanıdır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Dekabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri