Icma.az
close
up
RU
Hacıqabulda 61 yaşlı kişi ailəsinin dağılmasında bacılarını günahkar bildi MƏHKƏMƏ

Hacıqabulda 61 yaşlı kişi ailəsinin dağılmasında bacılarını günahkar bildi MƏHKƏMƏ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacıqabul rayonunda 1964-cü il təvəllüdlü Məhəmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısı Tahirəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 17 iyun 2025-ci ildə rayonun Muğan qəsəbəsində baş verib. 
Məhəmməd yaşadığı evdə bacısı Tahirə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 
Aralarında yaranmış münaqişə zamanı bacısını əlində olan dəmir parçası ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə Tahirənin ailəsi vəfat etdiyindən hazırda anası Fatimə ilə birlikdə yaşayır: 
“İyunun 17-də, saat 17 radələrində evdə olarkən Saatlı rayonunda yaşayan digər bacım və oğlu anamgilə gəldi. Ailəmin dağılması onların qeybəti ucbatından olduğundan onların yanına getdim. Onlardan nə üçün mənim ailəm barədə qeybət etmələrini soruşdum. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı əlimdə olan dəmir armatur ilə bacım Tahirənin qolundan vurdum. Bundan sonra oradan getdim”. 
Bu cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. 
Zərərçəkmiş də məhkəməyə ərizə təqdim edərək bu halı təsdiq edib. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri