Icma.az
close
up
RU
Hacıqabulda biznes və investisiya qoyuluşu üçün imkanlar və çağırışlara dair müzakirələr aparılıb

Hacıqabulda biznes və investisiya qoyuluşu üçün imkanlar və çağırışlara dair müzakirələr aparılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə kənd təsərrüfatı, heyvandarlıq və digər sektorlarda fəaliyyət göstərən 90-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun potensialı, biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib.

Qeyd olunub ki, Hacıqabul rayonunun kənd təsərrüfatı, sənaye və nəqliyyat-logistika imkanları genişdir. Rayonda taxılçılıq, tərəvəzçilik və heyvandarlıq kənd təsərrüfatının əsas istiqamətlərindəndir. Hacıqabulun ərazisindən keçən beynəlxalq magistral yollar və dəmir yol xətti rayonun logistika mərkəzi kimi əhəmiyyətini artırır. Rayonda yerləşən sənaye parkı qeyri-neft sektorunun inkişafına, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasına, əhalinin istehsal sahəsində məşğulluğun artırılmasına öz töhfəsini verməklə yanaşı, sahibkarlığın inkişafını dəstəkləyir. Bu imkanlardan istifadə etməklə Hacıqabulda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.

Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, tikintiyə icazələrin verilməsi, dövlətin güzəştli kreditləri, heyvandarlıq təsərrüfatının yaradılmasına dəstək, ictimai iaşə obyektinin sənədləşdirilməsi və digər məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Hacıqabul rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri şirniyyat istehsalı sexində də olublar. Kiçik sahibkarlıq subyekti olan istehsal müəssisəsi ilə tanışlıq zamanı qadın sahibkarın gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri