Hacıqabulda müharibə veteranlarının hüquqi maarifləndirilməsi mövzusunda görüş keçirilib
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Hacıqabul rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib.
Görüşdə AVMVİB sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, Hacıqabul rayon şöbəsinin sədri İbrahim İsmayılov, Hacıqabul RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Şirinov, müharibə veteranları və qazilər iştirak edirdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin birinci müavini Vahid Abdurəhmanov tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, layihənin əsas məqsədi veteran problemlərinin əsas aspektləri və bu problemlərin həlli yolları ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səyilə problemləri üzə çıxarmağın yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq.
Görüşdə müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstərildi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Sentyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















