Icma.az
close
up
RU
Hacıqabulda “Səhiyyədə Hüquqi Xidmətlər” mövzusunda Regional Forum keçirilib FOTOLAR

Hacıqabulda “Səhiyyədə Hüquqi Xidmətlər” mövzusunda Regional Forum keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hacıqabul rayonunda “Səhiyyədə Hüquqi Xidmətlər” mövzusunda Regional Forum keçirilmişdir.
21 fevral 2025-ci il tarixində TƏBİB-in dəstəyi, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Səhiyyə Xidmətlərində Hüquqi Yanaşma” mövzusunda regional forum keçirildi. Tədbirdə 10 regionun səhiyyə və hüquq sahəsində çalışan rəhbər şəxslər iştirak edərək səhiyyə sistemində hüquqi tənzimləmələrin əhəmiyyətini vurğuladılar. “Konstitusiya ili” çərçivəsində təşkil olunan forumda səhiyyə və hüquq sistemlərinin qarşılıqlı əlaqəsi müzakirə olundu.
Forumun açılışında çıxış edən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru, infeksionist həkim Natiq Əliyev səhiyyədə hüquqi xidmətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, tibbi personalın hüquqi biliklərinin artırılması səhiyyə sisteminin effektivliyinə birbaşa təsir göstərir. Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək səhiyyə və hüquq sisteminin birgə fəaliyyətinin əhəmiyyətindən danışdı. O, vurğuladı ki, tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün hüquqi çərçivənin möhkəmləndirilməsi vacibdir.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Rəfael Hüseynov səhiyyənin hüquqi əsaslarla idarə olunmasının əhəmiyyətini qeyd edərək, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması üçün normativ bazanın gücləndirilməsinin vacibliyini vurğuladı.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışında səhiyyə müəssisələrində hüquqi çərçivənin möhkəmləndirilməsinin tibbi xidmətlərin keyfiyyətinə təsirindən danışdı və bildirdi ki, səhiyyə sektorunda hüquqi məsələlərin həlli həm tibb işçiləri, həm də pasiyentlər üçün mühüm rol oynayır. Milli Məclisin Səhiyyə Komitəsinin nümayəndəsi Məlahət İbrahimqızı öz çıxışında səhiyyədə hüquqi xidmətlərin gücləndirilməsinin hüquqi dövlət quruculuğunun tərkib hissəsi olduğunu vurğulayaraq bildirdi ki, səhiyyə işçilərinin hüquqlarının qorunması və onların hüquqi biliklərinin artırılması əsas prioritetlərdən biridir.
Çıxış edən natiqlərdən Milli Məclisin deputatı Tahir Rzayev səhiyyə sistemində hüquqi mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, səhiyyədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni islahatlara ehtiyac vardır.
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Elnara Muradova səhiyyə işçilərinin əmək hüquqlarının qorunmasının vacibliyini qeyd edərək vurğuladı ki, tibbi personalın əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi onların fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Aysel İbayeva icbari tibbi sığorta çərçivəsində hüquqi tənzimləmələrin əhəmiyyətindən danışaraq bildirdi ki, sığorta sisteminin effektiv işləməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi vacibdir.
Tədbirdə iştirak edən Hacıqabul Rayon Prokuroru, Baş Ədliyyə Müşaviri Lalə Hüseynova səhiyyədə hüquqi məsuliyyətin gücləndirilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, hüquqi tənzimləmələr səhiyyə işçilərinin məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının qorunmasına da xidmət etməlidir.
Daha sonra TƏBİB-in Hüquq Departamentinin rəhbəri Aynur Hüseynova səhiyyə sektorunda hüquqi məsələlərin tənzimlənməsi ilə bağlı mövcud problemləri qeyd edərək vurğuladı ki, tibb müəssisələrində hüquqi maarifləndirmənin artırılması vacibdir.
Çıxışlardan sonra Forumda səhiyyə sahəsində hüquqi xidmətlərin təkmilləşdirilməsi, səhiyyə işçilərinin hüquqlarının qorunması və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparıldı. Tədbir iştirakçıları səhiyyə-hüquq əməkdaşlığının daha da inkişaf etdirilməsinin və bu mövzuda mütəmadi olaraq forumların təşkil edilməsinin vacibliyini vurğuladılar.

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri