Icma.az
close
up
RU
Hacıqabulda seldən zərərçəkən yüz ailə: İcra Hakimiyyətindən kömək istəyirlər

Hacıqabulda seldən zərərçəkən yüz ailə: İcra Hakimiyyətindən kömək istəyirlər

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Sel nəticəsində sakinlərə dəyən ziyanı hesablamaq üçün mütəxəssislər lazımdır. Ən az yüz ailəyə ziyan dəyib”.

Gununsesi.info – nun məlumatına görə, bunu Teleqraf-a açıqlamasında Hacıqabulun Udullu kənd bələdiyyəsinin sədri Elşən Məhərrəmov deyib.

“Ailələr var ki, 10 baş qoyununu, toyuq-cücəsini sel aparıb. Ailələrə dəyən ziyanın məbləği ilə bağlı hazırda dəqiq nəsə demək çətindir. İlkin olaraq bölgədə fövqəladə vəziyyət aradan qaldırılır. Bizdə böyük Mustafayev gölü var, orada hələ də təhlükə davam edir. Suyun səviyyəsi qalxır və hər an ətrafı su basa bilər. Bunun qarşısını almaq üçün işlər görülür, bölgədə ağır texnikalar işləyir”, – E. Məhərrəmov vurğulayıb.

Bələdiyyə sədri məktəblərdə tədrisin təşkilində heç bir fasilənin olmadığını bildirib:

“Bu ərazidə beş məktəb var. Məktəblərə ziyan dəyməyib. Şagirdlərin dərs buraxma halları olmayıb. Tədris normal şəkildə davam etdirilir”.

Bələdiyyə sədri qeyd edib ki, sakinlər onlara dəyən ziyanın müəyyən qədər ödənməsini istəyirlər.

“Bu da Rayon İcra Hakimiyyətinin diqqətindədir. Dəyən ziyanla bağlı komissiyanın yaradılması ehtimal olunur. O zaman dəyən ziyanın həcmi məlum olaca və kimə nə qədər ziyan dəydiyini, kimə hansı həcmdə köməklik göstərilməli olduğunu dəqiq biləcəyik. Görüşdüyüm bütün ailələr dəyən ziyanın hesablanmasını istəyirlər. Biz də həmin ailələri qeydiyyata götürmüşük”, – sədr vurğulayıb.

Xatırladaq ki, mayın 6-dan Hacıqabulda yağan intensiv leysan rayon mərkəzində və bir neçə kənddə subasmaya səbəb olub. Leysan yağışlar nəticəsində rayon mərkəzi, həmçinin Muğan qəsəbəsi, Birinci Udulu, İkinci Udulu, Şorbaçı, Rəncbər, Qubalı Baloğlan, Pirsaatçay kəndlərində bir sıra ev və təsərrüfatlar subasmaya məruz qalıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 May 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see120

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri