Hacıqabulda yuxulu sürücü “KamAZ”ı önündəki maşına çırpdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Hacıqabul rayonu, Qarasu kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 27-də saat 03:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını “166 Yükdaşıma və Logistika” şirkətinin avtomobiliylə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub. Nəticədə o, nəqliyyat vasitəsini öndəki avtomobilə çırpıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Vətəndaşların köməyi ilə sıxılı vəziyyətdə qalan “KamAZ”ın sürücüsü yük maşınından çıxarılıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:Bakıda ehtiyatsız sürücü “Changan”ı qarşısındakı maşına çırpdı ANBAAN VİDEO
03 Oktyabr 2025 11:46
Qobuda idarəetməni itirən sürücü “KamAZ”ı aşırdı VİDEO
31 Yanvar 2025 13:13
Sükan arxasında yuxulayan sürücü “KamAZ”ı aşırdı VİDEO
03 İyul 2025 15:19
Diqqətsiz sürücü skuteri avtobusa çırpdı VİDEO
30 May 2025 08:38
Bakıda sürücü yük yeri alovlanan KamAz ı yol boyu sürüb təhlükə yaratdı VİDEO
09 Fevral 2025 20:15
Baxış sayı:93
Bu xəbər 28 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















