Hadisenin polisə verdiyi ifadəsi ortaya çıxdı: Aylıq gəliri, 800 min...
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hadisenin ifadəsinin detalları
Türkiyəli müğənni Hadise, məşhurlara yönəlik narkotik əməliyyatı çərçivəsində İstanbul İl Jandarma Komandanlığı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsində verdiyi ifadədə öz mövqeyini aydın şəkildə bildirdi.
Hadise ifadəsində belə deyib:
“Həyatımın heç bir dövründə narkotiklə heç bir əlaqəm olmayıb. Heç vaxt istifadə etməmişəm. İçki və ya narkotik istifadə edilən bir mühitdə belə olmamışam. Narkotik satdığı bilinən bir insanla əlaqə qurmadım, bu mövzu ilə bağlı heç kəsi vasitəçi etmədim”.
Aylıq gəlirini də açıqladı
Müğənni, ifadəsi zamanı aylıq gəlirinin 700 min ilə 800 min lirə arasında dəyişdiyini də bildirib.
Hadisenin vəkili Orhan Erol Müezzinoğlu isə mətbuata açıqlama verərək bu sözləri deyib:
“Müvəkkilimin mənəvi və şəxsi hüquqlarına zərər verən, şəxsiyyətinə hücum xarakteri daşıyan əsassız xəbərlər və şərhlərlə bağlı bütün hüquqi proseslər başladılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















