Icma.az
close
up
RU
Hadrut köçü ilə yeni bir tarixi mərhələ başlanır Günay Ağamalı

Hadrut köçü ilə yeni bir tarixi mərhələ başlanır Günay Ağamalı

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Xocavənd rayonunun Hadrut qəsəbəsinə ilk köçün baş tutması Azərbaycan tarixinin ən önəmli hadisələrindən biridir. Uzun illər işğal altında qalan bu qədim torpaqlarımıza sakinlərimizin geri dönüşü dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” siyasətinin real nəticəsidir. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, dövlətimizin gücünün, xalqımızın böyük zəfərinin təntənəsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Xocavənd rayonunun Hadrut qəsəbəsinə ilk köçdən və Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlərdən danışarkən bildirdi.

"Prezidentin Hadrut qəsəbəsinə səfəri və burada söylədiyi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycanın hər bir azad olunmuş guşəsində həyat bərpa olunur, xalqımızın firavan yaşayışı üçün bütün şərait yaradılır. Ölkə başçımızın vurğuladığı kimi, son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Azərbaycan post-münaqişə dövründə keçmiş Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və ədalət prinsipləri əsasında sülh yolu ilə həll edilməsi üçün zəruri olan bütün diplomatik təşəbbüsləri irəli sürmüşdü. Lakin bir çox siyasi təşkilatların, eyni zamanda vasitəçi tərəflərin qərəzli, qeyri-obeyktiv və işğalı stimullaşdıran ritorikası səbəbindən ölkəmiz tarixi ədaləti məhz hərbi gücün tətbiqi ilə reallaşdırdı. Bu mənada Hadrutun azad olunması Vətən müharibəsində strateji dönüş nöqtələrindən biri kimi qəbul edilir. Hadrutun geri alınması Şuşaya açılan qapı idi və qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə biz bütün ali məqsədlərimizə çatdıq. Bu gün Hadrutda yeni evlər, sosial infrastruktur, müasir kommunikasiya şəbəkələri qurulur".

Deputat əlavə etdi ki, ilk köçlə ailələrin doğma yurdlarına qayıtması həm tarixi ədalətin bərpası, həm də milli ruhumuzun gücünün göstəricisidir:

"Bu hadisə eyni zamanda bütün köçkünlərimiz üçün böyük ümid və qürur mənbəyidir. Azərbaycan dövləti ardıcıl siyasəti ilə sübut edir ki, azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə ölkəmizin ən inkişaf etmiş bölgələrinə çevriləcək. Dövlətimizin başçısının Hadrutda səsləndirdiyi fikirlər də məhz bu strateji hədəfin bariz ifadəsidir. Hadrut köçü ilə yeni bir tarixi mərhələ başlanır. Bu mərhələ qayıdışın, dirçəlişin və Azərbaycanın əzəli torpaqlarında əbədi varlığının mərhələsidir", - deyə Günay Ağamalı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri