Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Emin Mahmudovun şəhidlik zirvəsinə ucaldığı gündür.
Modern.az xatırladır ki, Emin Pünhan oğlu Mahmudov 1994-cü il iyunun 1-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. O, 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub, 2015-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb.
Quru Qoşunlarında xidmət edən Emin Mahmudov fiziki hazırlığı, peşəkarlığı və şəxsi keyfiyyətləri ilə seçilib. Hərbi xidmət dövründə fəxri fərmanlara və medallara layiq görülüb, əsgərlərinin hörmətini qazanıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk günlərdən döyüşlərə qatılan zabit Suqovuşanın azad edilməsində iştirak edib. Daha sonra Cəbrayıl və Füzuli istiqamətlərində, eləcə də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
Emin Mahmudovun ən böyük qəhrəmanlıqlarından biri Hadrutda baş verib. O, düşmən mühasirəsində qalan 80 Azərbaycan əsgərinin xilas edilməsində xüsusi rol oynayıb. Özü yaralansa da, döyüş bölgəsini tərk etməyib və hərbçilərimizin mühasirədən çıxarılması zamanı qəhrəmancasına şəhid olub.
Şəhidin atası ilə son danışığı da oktyabrın 11-də, şəhid olduğu gün baş tutub. O, ailəsinə narahat olmamağı, hər şeyin yaxşı olacağını deyib.
Emin Mahmudovdan üç övladı yadigar qalıb. Onun qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şəhid zabit ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Emin Mahmudovun döyüş yolu Vətənə sədaqətin, zabit şərəfinin və silahdaşlarını xilas etmək naminə canından keçməyin nümunəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















